Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güləri qəbul edib.
sedanevs.az xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsi ilə bağlı təbriklərini çatdıraraq, bununla əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik etdiyini vurğuladı. PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandıran və bizi də sevindirdiyini deyən Azərbaycan Prezidenti bu məsələdə Türkiyə Prezidentinin siyasi iradəsinin ən başlıca rol oynadığını qeyd etdi. Bununla yanaşı, dövlətimizin başçısı vurğuladı ki, Türkiyə dövlətinin gücü, qardaş ölkənin silahlı qüvvələrinin terrorçularla peşəkarcasına mübarizə aparması, Türkiyə cəmiyyətindəki birlik də terror qruplaşmasının bu addımı atmasında əsas amillərdəndir. Dövlətimizin başçısı dedi ki, bu, yalnız Türkiyə üçün deyil, ümumilikdə, bölgədəki xalqların sülh və əmin-amanlıq şəraitində yaşaması üçün önəmli məsələdir.
Təbriklərə görə minnətdarlığını bildirən Yaşar Gülər ilk növbədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi.
Qonaq bir neçə il əvvəl Azərbaycan Prezidentinin güclü iradəsi ilə bölgədə erməni terrorçularına tarixi dərs verildiyini xatırladaraq qeyd etdi ki, Türkiyə terrorla 41 illik mübarizəni zəfərlə bitirdi. Yaşar Gülər bundan sonra Türkiyədə sülh olacağına əminliyini bildirdi və bu hadisənin bölgə üçün əhəmiyyətinə toxundu.
Türkiyənin milli müdafiə naziri qardaş Azərbaycanın Silahlı Qüvvələri ilə əlaqələri genişləndirmək üçün gələcəkdə də əllərindən gələni edəcəklərini dedi.
Söhbət zamanı Azərbaycan və Türkiyə Silahlı qüvvələri arasında qurulmuş səmərəli əməkdaşlığa toxunuldu, bu xüsusda birgə hərbi təlimlərin uğurla keçirildiyi vurğulandı.
Azərbaycanla Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik bildirildi, əlaqələrimizin daha da güclənməsində iki ölkənin dövlət başçıları arasında sıx münasibətlərin rolu vurğulandı.
Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.(Trend)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
İlham Əliyev Şamil Ayrımı qəbul edib - FOTO
Rusiya Türkiyə ilə sərhəddə hərbi baza yaratdı
Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib
Prezident İlham Əliyev Gürcüstanın xarici işlər nazirini qəbul edib
Prezident İlham Əliyev Türkiyənin Ali Təhsil Şurasının sədrini qəbul edib - FOTO
Mehdiabadda səkilər zəbt olunub, piyadalar yolda qalıb — jurnalistin çəkilişinə niyə maneçilik yaradıldı?
Bir Şəhid Anasın illərdir qəlbində yaşatdığı arzu
“Bu torpaq uğrunda ölən varsa, Vətəndir...” — Şəhid Əli Nəcəfovun qəhrəmanlıq yolu
ŞƏHİDLƏRİN QANI İLƏ YOĞRULUBDUR TORPAĞIMIZ, QƏLBİMİZDƏ DALĞALANIR ÜÇ RƏNGLİ BAYRAĞIMIZ
Qalibiyyət ruhlu xalq
Ölkədə qadın və kişilərin orta boyu və çəkisi açıqlanıb
2027-ci il nə ilidir? - Şərq təqvimi açıqlandı
Prezident və ailə üzvləri sərgidə - GÖRÜNTÜLƏR
Bu gün Şəhid İsmayıl Məmmədovun 25 yaşı tamam olardı – Vətənə fəda olan ömür
Milli Məclisin plenar iclası başladı
İlham Əliyev: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu effektiv platformaya çevrilib
Sentyabrda pensiya, aylıq müavinət və Prezident təqaüdü alanların sayı açıqlanıb
"Report" İnformasiya Agentliyinin 12 yaşı tamam olur
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib (FOTO)
Xətaidəki silahlı insidentlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib - Rəsmi
"Həzi Aslanov"-"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub
Pensiya kapitalının 30 faizi vərəsələrə ödənilə bilər - YENİ AÇIQLAMA
Ayın son günləri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
Prezident yeni Komissiya yaratdı - SƏRƏNCAM
Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - Bütün növ əmək pensiyaları artacaq
Oktyabr ayının Cavid xatirələri
Xətaidəki qətllə bağlı 11 nəfər HƏBS EDİLDİ
Azərbaycanlıların olduğu gəmi batdı - ölən və itkin düşənlər var
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib
“20 Sentyabr” stansiyası istifadəyə verilir - TARİX AÇIQLANDI
Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib (FOTO)
Deputatlar bu gün 12 məsələni müzakirə edəcəklər
Azərbaycan neftinin qiyməti 122 dollara yaxınlaşıb
Təhsilə ayrılacaq 5 milyarddan çox vəsait hara xərclənəcək? - CƏDVƏL
Bu gün Milli Qəhrəman Şükür Həmidovun anım günüdür
Əli Əsədov nazirliklə bağlı qərar imzaladı
Azərbaycana gələn turistlərin sayı azalıb
Darçınlı su orqanizminizdə bunları dəyişəcək
Azərbaycan nefti bahalaşıb
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb
Azərbaycanda yağın qiyməti kəskin BAHALAŞDI
Xalq şairi Xəlil Rza Ulutürkün anadan olmasından 94 il ötür
Moskvada qızılcaya görə karantin: Universitet tələbələri distant təhsilə keçirildi
Mikayıl Cabbarovun İtaliyaya səfəri başlayır
Çempionlar Liqasında bugünkü OYUNLAR
Azərbaycanda bəzi dərmanların qiyməti uculaşacaq
Vüqar Qurbanovun bıçaqlanan vəzifəli qohumunun son durumu açıqlandı
1800-ə yaxın azərbaycanlı ölümündən sonra orqanlarını bağışlayacaq
Ürəyinizə yaxşı baxın
"Formula 1" üzrə Azərbaycan Qran-prisi BAŞLADI
Formula 1-ə görə yollarda ilk məhdudiyyət sabahdan tətbiq olunacaq
Azərbaycan cüdoçusu Fərid Rzazadə Ekvadorda dünya çempionu olub
Azərbaycan UEFA reytinqində 26-cı yerdə qərarlaşıb
Azərbaycanda keçiriləcək dünya çempionatı ilə bağlı Sərəncam imzalandı
Dünən saxlanılan məşhurlara bölmədə verilən 5 sual - FOTO
Ayan Babakişiyeva dinini dəyişib
Faytonçu Nazimin son durumu AÇIQLANDI
"Röyanın mənə böyük sevgisi var" - 54 yaşlı AYGÜN
Aidə anidən AzTV-dən getdi
Trampın seçkidə uduza bilər
Prezidentlikdən əvvəl və sonra Nobel qazanan dövlət başçıları