sedanews.az
sedanews.az

Şimali Kipr Prezidenti Azərbaycana səfərə gəlib

Dün, 15:26



Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar iyulun 2-də Azərbaycana səfərə gəlib.
Qonağı Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifov, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün və Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer qarşılayıblar.
Onun iyulun 3-4-də Xankəndidə keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin XVII Zirvə görüşündə müşahidəçi ölkənin dövlət başçısı kimi iştirakı nəzərdə tutulub.
Eyni zamanda E.Tatarın səfər çərçivəsində bir sıra tədbirlərə qatılacağı gözlənilir.
Bundan başqa, Şimali Kipr Prezidentinə Azərbaycan Texniki Universitetinin (AzTU) fəxri doktoru adının verilməsi nəzərdə tutulub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA