sedanews.az
sedanews.az

Xocalıya və Cəbrayıla növbəti köç yola salındı

21-11-2025, 09:30

  Bu gün Cəbrayıl rayonunun Horovlu kəndinə və Xocalı şəhərinə növbəti köç olub.
Teleqraf xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Cəbrayıl rayonunun Horovlu kəndinə 47 ailə, 189 nəfər, Xocalı şəhərinə isə 25 ailə, 136 nəfər köçürülüb.
  Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Horovluya qayıdan Aynurə Əliyeva deyir ki, kənddən çıxanda 12 yaşı varmış:
  “Şəhid ailələrinin qarşısında baş əyirəm, şəhidlərə rəhmət diləyirəm. Onlar çox sağ olsunlar ki, bizə bu sevinci yaşatdılar. Allah cənab Prezidentimizə, qazilərimizə can sağlığı versin. İstəyirəm ki, Allah verən ömrün qalanını Cəbrayılda öz kəndimdə Horovluda yaşayım”.
Məleykə Haqverdiyeva isə deyir ki, Horovluya oğluyla birgə qayıdır: "Ordan gələndə çox çətin idi, çox acı çəkdik. Bu gün 32 illik həsrət sona çatır. Təəssüf ki, atama, anama Horovluya qayıtmaq qismət olmadı, biz gedirik, inanıram ki, onların ruhu şaddır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA