sedanews.az
sedanews.az

Metroda vəfat edən şəxs BDU-nun baş müəllimi imiş - FOTO

9-12-2021, 11:57 636 dəfə baxılıb

Metroda vəfat edən şəxs BDU-nun baş müəllimi imiş - FOTO


Bu gün səhər saatlarında metronun “28 May” stansiyasında vəfat edən şəxs Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Analitik kimya kafedrasının baş müəllimi Əhməd Babayev olub. 
Bu barədə “Qafqazinfo”ya universitetdən məlumat verilib. Bildirilib ki, 72 yaşlı müəllimin qəfildən halı pisləşib və vəfat edib. 
Ə.Babayevin 1978-ci ildən BDU-da pedaqoji fəaliyyətə başladığı, 65-dən çox elmi əsərin, 2 metodiki vəsaitin müəllifi olduğu bildirilir.
Xatırladaq ki, hadisə bu gün səhər 08:10 radələrində baş verib. Ə. Babayev qatarda özünü pis hiss etdiyindən "28 May" stansiyasında platformaya düşürülüb. Artıq həmin vaxt sərnişin özündə olmayıb. Hadisə yerinə dərhal Təcili Tibbi Yardım  çağırılıb və ölüm faktını təsdiq edib.
REAL






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA