sedanews.az
sedanews.az

R.Nəbiyev: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində əhəmiyyətli nailiyyətlər var 11:24

26-11-2025, 11:30


  "Şərq–Qərb istiqaməti üzrə, o cümlədən Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində də əhəmiyyətli nailiyyətlər əldə olunub. Bu marşrut yalnız şimal-qərb xəttinin deyil, həm də “Şimal–Cənub” dəhlizinin mühüm elementidir".
  Sedanews.az Teleqraf-a istinadən  xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda keçirilən MDB Dəmiryol Nəqliyyatı Şurasının 83-cü iclasında bildirib.
  Rəşad Nəbiyev əlavə edib ki, hazırda illik 15 milyon tonadək yükötürmə qabiliyyəti olan Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi fəal şəkildə aparılır:
  "Bu xətti 2026-cı ildə Ermənistan sərhədinədək çatdırmağı planlaşdırırıq. Paralel olaraq   Azərbaycan Naxçıvan ərazisindən keçən 188 kilometrlik dəmir yolu xəttinin bərpası üzərində çalışır. Bu magistralın layihələndirilməsi mərhələsini tamamlayırıq və yaxın zamanda tikinti işlərinə başlayacağıq".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA