sedanews.az
sedanews.az

Xalq artistinin səhhətində müsbət irəliləyiş var

6-10-2025, 14:23


   Ramiz Quliyevin səhhətində müsbət irəliləyişlər var, həmçinin huşu qismən bərpa olub. Ancaq hələ də reanimasiyadadır.
   Bu sözləri Kult.az-a açıqlamasında xalq artistinin oğlu, əməkdar artist Əyyub Quliyev deyib.
“Arada gözlərini açır və bizə az da olsa, reaksiya verə bilir. Ancaq huşu tam bərpa olunmayıb. Hazırda müalicəsində digər proseslər də gedir. Böyrək və ağciyərində olan problemlər həkimlərin nəzarəti altındadır və daha yaxşı nəticələr gözləyirik. Həkimlər konkret olaraq nə vaxt evə buraxılacağı barədə hər hansı məlumat verməyib”, - oğlu bildirib.
   Qeyd edək ki, xalq artisti ötən ay Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA