sedanews.az
sedanews.az

Bakıda tanınmış yazıçının meyiti TAPILDI

5-02-2025, 11:11



Yazıçı-jurnalist Bəhram Çələbi (Mustafabəyli) vəfat edib.
sedanevs.az “Qafqazinfo”a istinadən xəbər verir ki, onun meyiti dünən gecə saat 22 radələrində yaşadığı Nəsimi rayonu Şamil Əzizbəyov küçəsindəki evində tapılıb.
1946-cı il təvəllüdlü Bəhram Mustafabəylinin meyitinin üzərində zorakılıq əlamətləri görünməyib.
Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib.
Qeyd edək ki, B.Çələbi kriminal mövzularda çoxsaylı kitabların müəllifidir. Onun kitabları son illərdə ölkədə ən çox satılan nəşrlər arasında olub.
Şəkidə anadan olmuş B.Çələbi bu rayonda uzun müddət müxtəlif vəzifələrdə çalışıb və 1980 – 1996-cı illərdə Şəki Şahmat Məktəbinin direktoru olub. O, 1990-cı illərin sonunda Bakıya köçmüşdü.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA