Xəstəxanaya getmişdi, qəfil öldü
Bakıda xəstəxanada qadın qəfil vəfat edib.
sedanews.az“Qafqazinfo” -a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu Cavadxan küçəsində yerləşən özəl xəstəxanada baş verib.
Dünən saat 14 radələrində xəstəxanaya getmiş 1966-cı il təvəllüdlü Solmaz Məhəməli qızı Qoradayeva oturacaqda əyləşdiyi zaman ürək çatışmazlığından ölüb.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.