sedanews.az
sedanews.az

Ermənistan ABŞ ilə birgə hərbi təlimlərə başlayır

Bugün, 09:35


Ermənistan 17-25 iyun tarixlərində öz ərazisində ABŞ ilə birgə keçirilən ənənəvi "Eagle Partner 2026" hərbi təlimlərinə ev sahibliyi edəcək.

Sedanews.az Milli.Az-a istinadən bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, bu il təlimlərə Fransa və Yunanıstandan olan hərbçilər də qoşulacaqlar.

Məlumata görə, təlimlər beynəlxalq sülhməramlı missiyalarda iştirak üçün hazırlıq çərçivəsində keçiriləcək.

Təlimlərdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının 250 hərbçisi, ABŞ Ordusunun Avropa və Afrika Komandanlığının, Kanzas Milli
 Qvardiyasının 58 hərbçisi, Fransa ordusunun 24, Yunanıstanın isə 11 hərbi qulluqçusu iştirak edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA