Azərbaycanın Baş naziri Əli Əsədovun imzaladığı qərarla
“Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilib və əmək bazarının müasir tələblərinə uyğun yeni ixtisaslar yaradılıb.
Sedanews.Az xəbər verir ki, Qərara əsasən, peşə təhsili sisteminə aşağıdakı yeni istiqamətlər və ixtisaslar əlavə olunub:-
Rəqəmsal texnologiyalar və dizayn: "Rəqəmsal məzmun idarəçiliyi" və "3D rəqəmsal oyun dizayneri".Sənaye və avtomatlaşdırma: "Mexatronika", "İstehsalata rəqəmsal nəzarət sistemləri" və "Rəqəmsal inşaat üzrə mütəxəssis".Kənd təsərrüfatı: "Bitki mühafizəsi və fumiqasiya işləri üzrə texnik".Mühəndislik və xidmət: "Geodeziya və kartoqrafiya" həmçinin "Elektrik sayğacları texniki".Qida sektoru: "Qida emalı texnologiyaları". Nazirlər Kabinetinin bu addımı ilə paralel olaraq, dövlət sifarişi əsasında peşə təhsili müəssisələrində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı da yenidən tənzimlənib və müvafiq artımlar edilib.
Bu dəyişikliklər təhsilin keyfiyyətinin yüksəldilməsinə və gənclərin müasir rəqəmsal əmək bazarına daha rahat inteqrasiya olunmasına xidmət edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.