sedanews.az
sedanews.az

Qarabağdakı bütün erməni silahlıları mühasirədə - İrəvana verilən vaxt dolur

12-11-2021, 14:59 280 dəfə baxılıb

Qarabağdakı bütün erməni silahlıları mühasirədə - İrəvana verilən vaxt dolur

44 günlük müharibə zamanı Azərbaycan ordusunun gücü qarşısında tab gətirə bilməyən Ermənistan Rusiya vasitəsilə dəfələrlə humanitar atəşkəs üçün dəridən-qabıqdan çıxdı. Əlbəttə ki, məqsəd vaxt qazanmaq və güc toplamaq idi. Bugünkü proseslərə nəzər saldıqda haradasa təxminən 1 il əvvəlki hadisələrlə eynilik təşkil etdiyini görə bilərik.
Belə ki, Ermənistanın Cənubi Qafqaz coğrafiyasında silinməkdən xilası, başqa cür isə rəsmi İrəvanın kapitulyasiya kimi qəbul edilən 10 noyabr üçtərəfli bəyanatına əsasən qarşı tərəf üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmək üçün müxtəlif təxribatlar törədir və bunun sayı hər gün bir az da artmağa başlayıb. Kimisi bunu Nikol Paşinyanın ölkədə nüfuzunu artırmaq, ağır məğlubiyyəti vətəndaşlarına unutdurmaq məqsədilə divident qazanmaq üçün "cəsarət" nümunəsi göstəricisi kimi şərh edir, kimisi də bütün bu son proseslərin Paşinyanın orbitindən çıxdığı iddiasındadır. 
Lakin bir məsələ gerçək olaraq qalır. Üçtərəfli bəyanatın imzalanmasından, Azərbaycanın 44 günlük müharibədən qalib ayrılmasından faktiki olaraq 1 il geridə qalsa da, bu günə kimi Ermənistan rəhbərliyi hələ də üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib və bu, hər ötən gün Bakını daha da narahat etməyə başlayıb. Zaman dəyişsə də, Bakının mövqeyi dəyişilməz olaraq qalır və Azərbaycan bir qarış da olsun torpağını Ermənistana vermək niyyətində deyil. Bu hadisələr fonunda Azərbaycan ehtiyyat tədbirlərini əldən vermir.
Çünki Ermənistan köhnə peşəsinə sadiq olduğunu Baklda çox yaxşı anlayırlar. Bilirtlər ki, Ermənistan hər an razılaşmanı pozmaq üçün istənilən təxribata əl ata bilər, hətta bu lokal toqquşmalara belə səbəb olsa da. Bəli, Ermənistan rəhbərliyi II Qarabağ savaşından nəticə çıxarana bənzəmir. Belə olmasaydı Nikol Paşinyan verdiyi bəyanatlara əməli-praktiki addımları ilə sahib çıxardı. Lakin biz bunu İrəvan rəhbərliyinin timsalında görmürük. 
Paşinyan istəmir, yoxsa qorxur?
Paşinyanın son olaraq Nazirlər Kabinetinin son iclasında çıxışı zamanı dediyi "Biz 10 noyabr bəyanatını cırıb çölə ata bilərik. Ancaq bunun nəticələrini düşünmək lazımdır. Sənəddən imtina etmək üçün yol varmı? Mən belə bir yol görmürəm və bu haqda təklif də eşitməmişəm" sözlərilə 1 gün əvvəl Qaragöldə erməni hərbçilərinin Azərbaycan sərhədlərini pozaraq təxribat törətmək cəhdi və Ermənistan müdafiə naziri Arşak Karapetyanın qanunsuz Qarabağ səfərini bəs kimin ayağına yazaq? Bütün bu hadisələrin məhz noyabrın 10-da Rusiyada üçtərəfli növbəti görüşün keçiriləcəyi xəbərlərinin yayılmasından sonra baş verməsi ortada "gizli" aktorların olduğu məsələsini ön plana çıxarır. 
Paşinyan bu təxribatların ardınca belə bir açıqlama ilə ola bilsin ki, Azərbaycana və Rusiyaya bir mesaj yollayır. O mesaj bundan ibarətdir: "Mən vədimi yerinə yetirmək istəyirəm, lakin gücüm bu təxribatlar qarşısında acizdir. Onlara (Qərb - xüsusən də Minsk Qrupunun digər iki həmsədr dövləti) gücüm çatmır, çarəsizəm, acizəm". Təbii ki, o, belə bir açıqlama verərsə, bunu etiraf edərsə, Nikol Paşinyanın ölkə daxilindəki nüfuzuna bir az da özü ən böyük zərbəni bu açıqlama ilə vurmuş ola bilər ki, məhz bu amil onun daha açıq danışmasına maneə törədir. Digər yandan nəzərə alsaq ki, həm də dövləti idarə edən şəxs kimi hakimiyyətdəki işini, gələcəyini bu açıqlama ilə böyük sual altında qoya bilər, o zaman Ermənistan baş nazirinin bu açıqlamasını Bakıya və Moskvaya verilmiş gizli mesaj da adlandırmaq olar.
Dərdini açıb deyə bilməyən Paşinyana sözügedən çıxışı deməyə əsas verir ki, ölkənin hərbi gücü onun təsir dairəsində deyil. O da artıq qəbul edir ki, Azərbaycan Prezidentinin dediyi kimi status məsələsini sıradan çıxıb, hətta ABŞ və Fransa bunu dilə gətirsə, Rusiya sonrakı dövr üçün qüvvədə saxlasa da, Bakının mövqeyi dəyişməz olaraq qalacaq. Bu xüsusda Şuşa Bəyannaməsi ilə Qarabağda mövqeyini gücləndirən bir Azərbaycan var. Erməni baş nazir yaxşı anlayır ki, bu, ermənilərin yaşadığı ərazilər üzərindən Rusiya, eləcə də üçüncü ölkələr tərəfindən Azərbaycanın suverenliyi üçün yaradıla biləcək təhdidlərə qarşı qalxan rolunu oynayır. Paşinyan onu da başa düşür ki, "Dağlıq Qarabağ" ifadəsi artıq İlham Əliyevin 7 iyul sərəncamı ilə yerli-dibli ləğv edildi, əvəzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı. 
Qarşımızda bütün bunları bilən, delimitasiya, demarkasiya, eləcə də kommunikasiyaların açılmasının onlar üçün yeganə inkişaf yolu olacağını artıq yaxşı başa düşməyə məcbur qalan Paşinyan varkən, belə bir vəziyyətdə Kremlin də dəstəklədiyi, imza atdığı bəyanatdan qaçmaq cəhdləri kimə lazımdır?!
Azərbaycanın Qarabağdakı ermənilərlə birgəyaşayış üçün dövlət proqramı hazırlıqlarının getdiyi barədə məlumatlara istinad etsək, Azərbaycanın Ermənistanın bütün "ümidlərini" əlindən almaq istiqamətində səylərini artırdığını deyə bilərik. O ki qaldı Ruisya sülhmıramlılarının müvəqqəti nəzarətindəki ərazilərdə hələ də qalan, tərkisilah edilməyən separatçılar məsələsinə, coğrafi baxımdan üstünlüyün də tamamilə Azərbaycan tərəfində olduğunu nəzərə alsaq, bunu revanşist cücərtiləri hələ də görünən bu qüvvələr faktiki olaraq Azərbaycan Ordusunun mühasirəsindədirlər. Bu isə heç şübhəsiz ki, istənilən anda Bakıdan veriləcək əmr nəticəsində mümkün əməliyyatlarda hərbi üstünlük qazandıracaq.
Qondarma rejimin qalıqlarından olan Arayik Arutyunyanın bir neçə gün öncə imzaladığı "sərəncama" görə yanvar ayının 1-dən etibarən Qarabağda yaşayan, 18 yaşı tamam olmuş, habelə indiyə qədər "möhlət hüququ" almış şəxslər "həqiqi hərbi xidmətə" çağrılacağı ilə bağlı xəbərlər bir daha göstərir ki, anti-terror əməliyyatı alternativ variant kimi hazırda gündəmdə olan əsas məsələlərdən biridir. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA