Çoxsaylı erməni əsgər əsir götürüldü: İrəvanın cavabı...
Ötən gün çox sayda erməni əsgərin əsir götürülməsi ilə bağlı sosial şəbəkədə yayılan videoda övladlarını görən erməni valideynlər Ermənistan Müdafiə Nazirliyinin önünə toplaşıb.Sedanews.az saytı
Axar.az-istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi kadrları şərh etməkdə aciz olduğunu və Qarabağda hələ də saxladığı “filialının” araşdırma apardığını bildirib. Amma qısa müddətdə ictimaiyyətə ətraflı məlumat veriləcəyi deyilsə də, hələ də açıqlama yoxdur.
Əvəzində isə Qarabağdakı terrorçu-separatçılar Köhnə Tağlar və Çaylaqqala istiqamətində olan “bir neçə postun şəxsi heyəti ilə dünəndən əlaqənin kəsildiyi” haqda məlumat yayıb:
“Dünən naməlum səbəbdən Çaylaqqala və Köhnə Tağların müdafiəçiləri ilə əlaqə itib. Bütün gecə və səhər axtarış qrupu işləyib. Rusiya sülhməramlılarının vasitəçiliyi ilə onların əsir düşməsi barədə informasiya aydınlaşdırılır”.
Qeyd edək ki, ötən gün 160 erməni silahlının Azərbaycan Ordusu tərəfindən əsir götürüldüyünü əks etdirən kadrlar yayılıb. Maraqlı isə Ermənistanın verdiyi açıqlamadır. Köhnə Tağlar və Çaylaqqala istiqamətində hansı postlar və kəndlərin “müdafiəçiləri” ola bilər? 10 noyabr Bəyanatına görə, rus sülhməramlılarının gəlməsi ilə erməni ordusu Azərbaycan ərazisindən çıxmalıdır. Rus sülhməramlıları gəlib, amma erməni silahlıları hələ də torpaqlarımızı tərk etmək istəmir və hətta vaxtaşırı əsgərlərimizə qarşı terror hücumu həyata keçirirlər.
Belə ki, 26 noyabr və 8 dekabrda erməni silahlılarının terror hücumu nəticəsində 4 hərbi qulluqçumuz şəhid olub, yaralılar var. Buna cavab olaraq 11 dekabrda DTX antiterror əməliyyatı keçirərək, sözügedən kəndlərə nəzarəti əlinə alıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.