sedanews.az
sedanews.az

Azərbaycan COVID-19 ilə mübarizədə fəal rol oynayan ölkələrdən biridir

4-07-2022, 09:44 443 dəfə baxılıb

    Qoşulmama Hərəkatı özündə heç bir hərbi bloka üz olmayan 120 ölkəni, 11 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı özündə birləşdirən, BMT Baş Assambleyasından sonrakı ən böyük siyasi təsisatlardandır. Qoşulmama Hərəkatı 1961-ci ildə yaradılmışdır. Azərbaycan bu hərəkata 2011-ci ildə üzv olmuş və tezliklə buraya üzv olan digər dövlətlərin də etimadını qazanaraq 2019-cu ildə bu hərəkatın sədri seçilmişdir. İlham Əliyevin də XVII Zirvə Görüşündə qeyd etdiyi kimi bu dünya ölkələrinin Azərbaycanın yeritdiyi siyasətə verdiyi qiymətin təzahürüdür.
Azərbaycan bütün dövlətlərə göstərmiş oldu ki, Qoşulmama Hərəkatının təməli olan Banduq prinsiplərində əks olunan - ölkələrin suverənliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq kimi prinsiplər Azərbaycanın siyasət prinsipləri ilə üst-üstə düşür.
Qoşulmama Hərəkatının ən qüdrətli dövrləri heç şübhəsiz İlham Əliyevin sədrliyi dövründədir . 
Azərbaycan sədirliyi ərzində Qoşulmama Hərəkatının beynəlxalq müstəvidə nüfuzunu artırmaq, eyni zamanda onu gücləndirmək üçün böyük töhfələr verib. Bunun nəticəsidir ki ölkəmizin sədirliyinin müddəti əlavə 1 il müddətində uzadılıb.
   2020-ci ildə dünya COVID-19 ilə mübarizə apardığı dövrdə Azərbaycan pandemiya ilə mübarizədə ən fəal rol oynayan ölkələrdən oldu. Qoşulmama Hərəkatının dövlət və hökumət başcıları səviyyəsində onlayn Zirvə toplantısının keçirilməsini təşkil etdi. Həmin toplantının praktiki nəticəsi olaraq, Hərəkata üzv dövlətlər COVID-19 ilə mübarizə və koronavirusla bağlı Qoşulmama Hərəkatının üzv dövlətlərinin əsas humanitar, tibbi ehtiyac və tələblərinə dair məlumat bazasının yaradılması qərarına gəldi. Prezident İlham Əliyev Qoşulmama Hərəkatına üzv olan dövlətlərdə yaradılmış məlumat bazasının təkcə pandemiya ilə mübarizədə deyil, həmçinin gələcəkdə baş verə biləcək istənilən xəstəliklərlə mübarizədə faydalı olacağını bildirdi.Bununla yanaşı Azərbaycan Qoşulmama Hərəkatı üzvü olan ölkələri dəstəkləmək məqsədi ilə Ümümdünya Səhiyyə Təşkilatına 10 milyon dollar ayırdı. Prezidentimiz peyvəndlərin varlı ölkələr tərəfindən ehtiyacdan artıq miqdarda alınmasına qarşı narazılığını bildirdi. Bütün ölkələrin dərman, vaksin və tibbi avadanlıqları bərabər şəkildə əldə edə bilməsinin də əhəmiyyətini vurğuladı. Peyvənd millətçiliyinə qarşı olan mübarizə BMT tərəfindən də dəstəklənmiş oldu. 
   Prezident İlham Əliyevin yürütdüyü bu fikir vaksinlərin ölkələr arasında bərabər şəkildə paylanmasında mühüm rol oynadı. Ölkələrə dəstək, tibbi və humanitar yardımla bağlı məlumat bazası Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən geniş istifadə olundu. Azərbaycan 80 -dən çox ölkəyə maddi və humanitar yardım göstərdi. Bununla Azərbaycan bütün dünyaya öz humanist və yardımsevər siyasətini elan etdi. Prezident İlham Əliyev bütün dünyaya Qoşulmama Hərəkatının sədri olaraq hər zaman ədalətsizlik, beynəlxalq hüququn pozulması və ayrıseçkiliyə qarşı hər zaman mübarizə aparacağını göstərdi. Azərbaycanın həyata keçirdiyi bu tədbirlər Qoşulmama Hərəkatına üzv olan digər dövlətlər tərəfindən də dəstəkləndi. Şübhəsiz ki, bunların hər biri Prezident İlham Əliyevin uzaqgörən siyasətinin növbəti uğuru və dünyada ona bəslənən etimadın göstəricisidir.

Aysel Məmmədiva
Suraxanı rayonu V.Mirzəliyev
adına 281 №-li tam orta məktəbin 
ibtidai sinif müəllimi
















Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA