sedanews.az
sedanews.az

Erməni jurnalistin bu sualı Zaxarovanı özündən çıxardı

31-01-2025, 16:38 160 dəfə baxılıb


  Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova erməni jurnalistin Rusiya-Azərbaycan münasibətləri barədə sualına emosional reaksiya verib.
 Milli.Az Trend-ə istinadən bildirir ki, erməni jurnalistin sualını cavablandıran rusiyalı diplomat deyib: "Siz doğrudanmı başa düşmürsünüz ki, bizim ikitərəfli gündəliyimiz barədə sual erməni mediası nümayəndəsinin dilindən necə gülməli səslənir?"
Zaxarovanın sözlərinə görə, bu sual Rusiya-Azərbaycan münasibətlərinin ikitərəfli əsaslarda inkişaf etməsi və Bakı ilə İrəvan arasında münaqişənin həlli məsələsinə aidiyyətı olmaması kontekstində "absurd" səslənir.XİN-in rəsmi nümayəndəsi vurğulayıb ki, Rusiya-Azərbaycan münasibətləri ilə bağlı məsələlər müstəsna olaraq iki dövlət arasında həll olunur və onları üçüncü tərəfin maraqları ilə əlaqələndirmək cəhdləri yersiz görünür. O, Ermənistan media nümayəndələrinin Rusiya-Ermənistan gündəminin əsas aspektlərinə məhəl qoymadan sırf üçüncü ölkələrin ikitərəfli münasibətləri ilə bağlı suallar verməsindən təəccübləndiyini bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA