sedanews.az
sedanews.az

Putinin Moskvada HƏMAS nümayəndə heyəti ilə görüşü planlaşdırılmır

Bugün, 14:48 88 dəfə baxılıb




Rusiya Prezidenti Vladimir Putin Moskvada səfərdə olan HƏMAS nümayəndə heyəti ilə görüşməyi planlaşdırmır.
sedanevs.az  Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
"Xeyr, görüş planlaşdırılmır", - o qeyd edib.
KİV-in məlumatına görə, HƏMAS-ın Siyasi Bürosunun sədr müavini Musa Əbu Mərzukun rəhbərlik etdiyi nümayəndə heyəti səfər zamanı Qəzza zolağında humanitar böhranın nəticələrinin azaldılmasına kömək göstərilməsi xahişi ilə Rusiya tərəfinə müraciət etmək niyyətindədir.
Bundan əlavə, nümayəndə heyəti Rusiya tərəfini Qəzza zolağında atəşkəs razılaşmasının həyata keçirilməsinin gedişi barədə məlumatlandıracaq.
Qeyd edək ki, HƏMAS nümayəndə heyətinin Moskvaya əvvəlki səfəri 2024-cü ilin oktyabrında baş tutub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA