Sabah Moskvada “Altılıq formatı”nın ilk iclası keçiriləcək
10 dekabr tarixində Moskvada "Altılıq formatı"nın ("3+3") ilk iclası keçiriləcəkMilli.Az
Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə XİN məlumatı yayıb.
"2021-ci il dekabrın 10-da Moskvada Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olması üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin təklif etdiyi 3+3 formatında regional əməkdaşlıq platformasının ilk iclası keçiriləcək.
Azərbaycan, Ermənistan, Rusiya və İranın xarici işlər nazirlərinin müavinləri səviyyəsində qatılacağı iclasda ölkəmizi xarici işlər nazirinin müavini səfir Sedat Önalın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək",- deyə məlumatda bildirilir.
Qeyd edək ki, Moskvada 3+3 formatında regional əməkdaşlıq platformasının ilk iclasında Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.