sedanews.az
sedanews.az

Sahibə Qafarova: Azərbaycan və Belarusu dostluq və qardaşlıq münasibətləri birləşdirir

18-02-2025, 15:58 84 dəfə baxılıb


Azərbaycan və Belarus strateji tərəfdaşlıq və sıx qarşılıqlı əməkdaşlığa əsaslanan dostluq və qardaşlıq münasibətləri birləşdirir.
sedanevs.az BELTA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Belarus Respublika Şurasının sədri Natalya Koçanova ilə görüşü zamanı bildirib.
"Ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin inkişafına böyük təkan prezidentlər İlham Əliyev və Aleksandr Lukaşenko arasındakı əlaqələr olub. Onların çoxsaylı səfərləri xalqlarımız arasında dostluğun möhkəmlənməsi prosesini təsdiqləyir. Xüsusilə qeyd etmək istəyirəm ki, Aleksandr Lukaşenkonun ötən ilin mayında Azərbaycana səfəri ikitərəfli münasibətlərimizin gücünün və dərinliyinin daha bir sübutudur", - S.Qafarova vurğulayıb.
O, həmçinin qeyd edib ki, Belarus Azərbaycanın strateji tərəfdaşıdır. "Ölkələrimiz arasında 170-dən çox sənəd imzalanıb. Əminəm ki, bu say artacaq", - Milli Məclisin sədri bildirib.
Qeyd edək ki, fevralın 18-də Belarus Respublikası Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanovanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA