sedanews.az
sedanews.az

Əvəz Zeynallı bu tarixdə azadlığa buraxıla bilər

17-04-2025, 12:46


“Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının cəzasının qalan hissəsindən azad olunması ilə bağlı müraciətinə hansı tarixdə baxılacağı məlum olub.
sedanevs.az "Unikal"a istinadən xəbər verir ki, vəsatətə Nizami rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə aprelin 24-də baxılacaq.
Qeyd edək ki, Əvəz Zeynallıya bir müddət əvvəl xərçəng diaqnozu qoyulub. Bununla bağlı onun vaxtından əvvəl azadlığa buraxılması barədə müraciət edilib.
Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1-ci maddələri ilə ittiham olunan Əvəz Zeynallı Bakı Ağlr Cinayətlər Məhkəməsin hökmünə əsasən, 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Ali Məhkəmə Əvəz Zeynallının şikayətini qismən təmin edərək cəzanı 2 ay azaldıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA