Vaxt qoyuldu: DMX-dən əcnəbilərə müraciət
Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılmış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərə müraciət edib.
Sedanevs.az bildirir li, bu barədə DMX-dən məlumat verilib.
Bildirilib ki, 24 mart 2020-ci il tarixindən Azərbaycan Respublikasının ərazisində olan və COVİD-19 pandemiyası ilə əlaqədar ölkəni tərk edə bilmədiyi üçün Dövlət Miqrasiya Xidməti tərəfindən müvəqqəti olma müddəti uzadılan və ölkədə olmaları qanuni hesab edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 31 iyul 2025-ci il tarixinədək Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 45-ci maddəsində göstərilən əsaslardan biri olduğu təqdirdə, müvəqqəti yaşama icazəsinin alınması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etməli və ya ölkə ərazisini tərk etməlidirlər.