sedanews.az
sedanews.az

"Turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" təsdiqlənib

Bugün, 17:15


Prezident İlham Əliyev "Turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nı təsdiqləyib.
sedanevs.az  xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabineti 6 ay müddətində Dövlət Turizm Agentliyinin təklifləri əsasında "Turizm haqqında" qanunun təkmilləşdirilməsi, üç ay müddətində isə turizm fəaliyyəti ilə bağlı layihələrə investisiya təşviqi sənədinin verilməsi və turizm fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla investisiya təşviqi sənədinin verilməsi mexanizminin təkmilləşdirilməsini təmin etməlidir.
Bundan başqa, Azərbaycan hökuməti Dövlət Proqramında nəzərdə tutulmuş dövlət büdcəsi hesabına verilən subsidiya şərtlərinə dair, həmçinin nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirməli və tədbirlərin icrası barədə ildə bir dəfə Prezidentə məlumat verməlidir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi isə hava nəqliyyatının turizmin inkişafına töhfəsinin artırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir.
Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi Dövlət Turizm Agentliyi ilə birgə Dövlət Proqramındakı tədbirlərin maliyyələşdirilməsi məqsədilə hər il dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində zəruri maliyyə vəsaitinin nəzərdə tutulması üçün müvafiq tədbirlər görməlidir.
Tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Agentliyin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA