sedanews.az
sedanews.az

Şöbə müdiri: Boşanmaların 70 faiz təşəbbüskarı qadınlardır

Bugün, 14:16


Boşanmaların 70 faiz təşəbbüskarı qadınlardır. 
sedanevs.az  report-a istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova "Ailə, qadın və uşaq hüquqları - konstitusion hüquqların əsas prioriteti kimi" mövzusunda parlamentdə keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
O qeyd edib ki, əvvəlki illərdə də erkən evliliklə bağlı dəyişikliklər olmuşdu, amma bu kifayət etmirdi: 
"Bəzi narahatedici statistikalar var. Məsələn doğulan uşaqların 15 faizi nikahdankənardır. 
65 faiz anomaliya ilə doğulan uşaqların sayında, 86 faiz isə talassemiyalı uşaqların sayında artım var. 
Üç və daha artıq uşağı olan ailələrin sayı getdikcə azalır. Çoxuşaqlı ailələrin sayını artırmaq üçün bu meyarı qanunvericilikdə nəzərdən keçirməliyik". 
T. ibrahimova vurğulayıb ki, doğulan uşaqların cins nisbətində ciddi problem var və reprudiktiv sağlamlıq haqqında qanun bu məsələdə vacibdir:
"Alimentin ödənilməsi problemi, aliment fondunun yaradılması da gündəmdədir. Qanunvericilik sərtləşdirilsə də borcluların 70 faizindən çox işsiz, gəliri olmayanlardır. Ona görə Aliment fondunun yaradılması vacibdir. 
Boşanmaların 70 faiz təşəbbüskarı qadınlardır. Onlar xasiyyətin uyğun gəlmədiyini əsas gətirirlər, amma təcrübə göstərir ki, daha dərin problemlər var. Ona görə, Ailə qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamışıq. Bu yaxında təqdim olunacaq". 
O vurğulayıb ki, qəsdən  adam öldürmə cinayətlərinin əksəriyyəti ailə-məişət zəmnindədir: 
"Həmçinin adam oğurluqlarının çoxu qız qaçırmalardır. Bu da ciddi problemdir. Biz Uşaq hüquqları haqqında yeni qanun layihəsini hazırlamışıq, yaxın müddətdə təqdim olunacaq".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA