sedanews.az
sedanews.az

Qəbul imtahanlarının cavabları bu həftə açıqlanacaq - Rəsmi CAVAB

10-06-2025, 10:20




Dövlət İmtahan Mərkəzi (DİM) mayın 25-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirib.

İmtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunub. 

DİM-dən  bildirilib ki, II və III ixtisas qrupları üzrə cavablar bu həftə elan olunacaq. Dəqiq tarix demək isə hələ ki mümkün deyil.

Qeyd edək ki, bundan əvvəlki illərdə keçirilən qəbul imtahanlarının nəticələri də 2 həftədən gec olmayaraq açıqlanıb. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA