sedanews.az
sedanews.az

Azərbaycanda ən çox bu ölkələrin tələbələri oxuyur - SİYAHI

Bugün, 10:34


2024-2025-ci tədris ilinin əvvəlində ölkənin ali təhsil müəssisələrində oxuyan xarici tələbələrin sayı artaraq 7472 nəfərə çatıb.
sedanevs.az Dövlət Statistika Komitəsinin "Azərbaycan rəqəmlərdə" adlı məcmuəsinə istinadən xəbər verir ki, 2022-2023-cü tədris ilində bu rəqəm 6223, 2023-2024-cü tədris ilində isə 6680 nəfər olub.
Məlumata əsasən, ən çox xarici tələbə Türkiyədən gəlir. Son tədris ilində Türkiyədən olan tələbələrin sayı 3477 nəfər təşkil edib. Digər ölkələr aşağıdakı kimidir:
İran - 942 nəfər
Rusiya - 794 nəfər
Hindistan - 305 nəfər
Suriya - 148 nəfər.
Digər ölkələrdən gələn tələbələr arasında da artım müşahidə olunur. Məsələn, Özbəkistandan gələn tələbələrin sayı son üç ildə 20 nəfərdən 38 nəfərə yüksəlib. Eyni zamanda, 2024-2025-ci tədris ilində Gürcüstandan gələn 68, Əfqanıstandan 43, Nigeriyadan 94 nəfər tələbə ölkəmizdə ali təhsil alır.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA