sedanews.az
sedanews.az

Təhsil tələbə krediti almaq hüququ olan tələbələrin sayı açıqlanıb

7-02-2022, 12:13 362 dəfə baxılıb


Təhsil tələbə krediti almaq hüququ olan tələbələrin sayı açıqlanıb.
"Report"un xəbərinə görə, Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev keçirdiyi brifinqdə belə tələbələrin sayının 56 208 nəfər olduğunu deyib.
Onun sözlərinə görə, həmin tələbələrdən 40 465 nəfəri bakalavr, 5 426 nəfəri magistr, 10 318 nəfəri isə subbakalavrdır: "56 208 tələbədən 16 800-ü sosial, 39 408 tələbə isə standart təhsil tələbə krediti almaq hüququna sahibdir".
Sədr qeyd edib ki, əyani formada ödənişli təhsil alan tələbələrin 13.8 %-nin (20 200) təhsil haqqını dövlət ödəyir və onların kredit almaq üçün müraciət etməyinə ehtiyac yoxdur: "Həmin tələbələr həssas qrupa aid olanlardır".
REAL






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA