sedanews.az
sedanews.az

Bu il uşaqlara daha çox hansı adlar verilib?

Bugün, 15:49


2025-ci ilin ilk 6 ayında yeni doğulan körpələrə ən çox hansı adların verildiyi məlum olub.
Bu barədə  Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 2025-ci ildə yeni doğulan oğlan uşaqlarına ən çox Uğur adı qoyulub.
Belə ki, 802 ailə bu addan istifadə edib. Bundan əlavə, Hüseyn 534, Raul 521, Əli 518, Yusif isə 516 yeni doğulan oğlan uşağına seçilən ad olub.
Dünyana yeni göz açan qız uşaqları üçün ən çox istifadə edilən ad isə Zəhra olub. 533 uşağa bu ad verilib.
Bununla yanaşı, Melisa 515, Məryəm 511, Zeynəb 508, Nilay 484 uşağın adı kimi ailələr tərəfindən seçilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA