sedanews.az
sedanews.az

İnformasiya agentliklərinin qarşısına yeni tələblər qoyuldu

Dün, 12:47


İnformasiya agentliklərinə dair yeni tələblər müəyyənləşir.
 
sedanevs.az Apa-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin İnsan Hüquqları komitəsinin dünən keçiriiən iclasında müzakirə edilmiş "Media haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
 
Layihəyə əsasən, informasiya agentliyinin azı 20 (iyirmi) media subyekti ilə informasiya verilməsi (əldə edilməsi) haqqında müqaviləsi olmalı, azı 5 (beş) xarici ölkədə jurnalisti akkreditasiya olunmalı, həmçinin hər ay 20 (iyirmi) gün ərzində gündəlik dərc etdiyi kütləvi informasiyanın ümumi həcminin azı 80 (səksən) faizi bu Qanunun 60.5-ci maddəsində nəzərdə tutulan tələblərə cavab verməlidir.
Qeyd edək ki, qanunun 60.5-ci maddəsinə əsasən, onlayn media subyekti (redaksiyaları) hər ay 20 (iyirmi) gün ərzində gündəlik azı 20 (iyirmi) kütləvi informasiya dərc etdikdə onun fəaliyyəti davamlı hesab olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA