sedanews.az
sedanews.az

Media subyektləri gəlir, mənfəət və sadələşdirilmiş vergidən azad edilir

7-03-2023, 13:06 248 dəfə baxılıb



  Media subyektlərinin (kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxslərin) öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlər, o cümlədən reklam gəlirləri, habelə onlara müvafiq dövlət qurumu tərəfindən verilən maddi yardımlar gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilir.
  Sedanews.az REAL xəbərə istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilmiş Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
  Layihəyə əsasən, azadolmalar 2023-cü il yanvarın 1-dən tətbiq olunmaqla 3 il müddətində qüvvədə olacaq.
  Vergidən azadolmalar audiovizual media subyektlərinə şamil olunmur.
Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA