sedanews.az
sedanews.az

Ekspert: “Turizm sektorunda önəmli olan Rusiya və Ukrayna bazarını itirmişik”

12-04-2022, 13:06 254 dəfə baxılıb

Ekspert: “Turizm sektorunda önəmli olan Rusiya və Ukrayna bazarını itirmişik”

    “Dünyada siyasi böhran var. Təbii ki, bu bütün dünya dövlətləri kimi Azərbaycana da təsirsiz ötüşmür. Ukrayna və Rusiya bu sektorda bizim üçün önəmli bazarlardan biridir və bu gün onu demək olar ki itirmişik. Turizmin gedişatında hər iki ölkə bizə gələn turistlərin sayına görə birinci ikinci yerləri bölüşürdülər”.
Oxu.Az xəbər verir ki, bunu AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında qonaq olan turizm məsələləri üzrə ekspert Rəhman Quliyev deyib.
O bildirib ki, həm Rusiya, həm də Ukrayna ilə mütəmadi turist mübadiləsi aparırdıq:
“Rusiyada yaşayan 4 milyona yaxın soydaşımızın ən azı mövsüm zamanı 30-40 faizi Azərbaycana gəlirdi. Bu həm də turist kimi olurdu. Son statistikada Ukraynada 500 minə yaxın soydaşımızın olduğu elan olundu ki, onlar da Azərbaycana gəlirdilər”.
Ekspert qeyd edir ki, bu gün vətəndaşlarımız ölkə hüdudlarından kənara getməkdənsə, daxili turizmdən faydalanmağı daha üstün tuturlar:
“Quru yolların bağlı olması, eyni zamanda pandemiyadan qalan qadağalar, reyslərin əvvəlki qaydada olmaması biletlərin bahalaşmasına və məhdudiyyətlərə gətirib çıxarır. Bilet bahalanırsa, xaricə gedən tur paketin qiymət bazası daha da qalxır - bu da daxili bazara üstünlük verir. Regionlarımızda aşağı və yüksək kateqoriyalı hotellerimiz var. Bizdə termal sanatoriyalar var ki, xarici ölkələrin sanatoriyalarından geri qalmır. Naftalanda həm aşağı, həm də yuxarı büdcəli turistlər üçün xidmətlər var”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA