sedanews.az
sedanews.az

Gürcüstana gələn turist Azərbaycana niyə keçmir?

15-01-2020, 13:42 899 dəfə baxılıb

Gürcüstana gələn turist Azərbaycana niyə keçmir?




                Son illər Azərbaycana turist axınında xeyli canlanma var. Bu canlanma ilin bütün fəsillərində müşahidə olunur. Ancaq turizm ekspertləri, mütəxəssislər hesab edir ki, turistlərin qalması üçün nəzərdə tutulmuş otellər, hostel və qonaq evlərinin qiymətlərinin yüksək olması bu axının qarşısını alır. Ölkədə əksər otellərin 5 ulduzlu, yəni yüksək qiymətli olduğunu nəzərə alsaq, bunun gələn turistlərin cibinə və büdcəsinə uyğun olmadığını deyə bilərik. Mütəxəssislərin fikrincə, məhz bu səbəbdən Azərbaycanla müqayidəsə daha kasıb olan Gürcüstana turist axını yüksək olur.
Axar.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, ötən il Azərbaycana gələn 3 milyon 170 min nəfər əcnəbi turist kimi qeydiyyata düşüb. Dövlət Statistika Komitəsinin hesablamalarına görə, onların xərcləri 4,3 milyard manat (2,53 milyard dollar) təşkil edib.
İqtisadçıların hesablamalarına görə, bu, hər turistə 1357 manat və ya 798 dollar məsrəf deməkdir. Bu məbləğ qonşu Gürcüstanla müqayisədə 2 dəfə  çoxdur.
Belə ki, 2018-ci ildə Gürcüstana 7,2 milyon turist gəlib ki, onların da cəmi xərcləri 3,22 milyard dollar təşkil edib. Yəni Gürcüstanda 1 turistin məsrəfi orta hesabla təxminən 447 dollar təşkil edib.
Turism ekspertlərinin fikrincə, Gürcüstan adı ilə bölgəyə gələnlər Azərbaycan üçün potensial turistlərdir. Lakin bahalıq səbəbindən həmin turistlər Azərbaycana keçmədən geri qayıdırlar.
Hesablamalara əsasən, Azərbaycan Gürcüstana gələn turistlərin yarısını ölkəyə cəlb edə bilsə, ölkəmizin bu sektordan gəlirlərini ən azı 2 dəfə arta bilər.
Mütəxəssislər turist axınını artırmaq üçün təklif edirlər ki, ilk növədə xidmət sektorunda və ictimai iaşədə qiymətlər əlçatan olmalı, keyfiyyət isə  yüksəldilməlidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA