sedanews.az
sedanews.az

Azərbaycan və Özbəkistan standartlaşdırma sahəsində əməkdaşlıq edəcək

23-08-2023, 11:47 163 dəfə baxılıb

  İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşma İnstitutu (AZSTAND) Özbəkistanın İnvestisiya və Xarici Ticarət Nazirliyi yanında Texniki Tənzimləmə üzrə Agentliyi (O’ZTTA) ilə standartlaşdırma sahəsində əməkdaşlıq edəcək.
  Bu barədə REAL-a Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, qurumda O’ZTTA rəhbərliyi ilə görüş keçirilib. Görüşdə Dövlət Xidmətinin keyfiyyət infrastrukturunun inkişafı istiqamətində atdığı addımlar, həmçinin qarşıya qoyulan hədəflərin reallaşdırılması ilə bağlı həyata keçirdiyi tədbirlər barədə məlumat verilib. Tərəflər iki ölkənin müvafiq sahədə əməkdaşlıq perspektivlərini müzakirə edib, qurumlar arasında qarşılıqlı təcrübə mübadiləsinin vacibliyini vurğulayıblar.
  Daha sonra qonaqlar AZSTAND-da olub. Burada keçirilmiş görüşün sonunda AZSTAND və O’ZTTA arasında 2023-2024-cü illər üçün Əməkdaşlıq Proqramı imzalanıb. Sənədə əsasən, tərəflər texniki reqlamentlər və onların istinad standartlarının hazırlanması, qəbulu və tətbiqi sahəsində qarşılıqlı təcrübə mübadiləsi həyata keçirəcək, həmçinin dövri nəşrlərin mübadiləsi, standartlaşdırma üzrə texniki komitələrin fəaliyyətinin təkmilləşdirilməsi, informasiya texnologiyalarının tətbiqi sahəsində əməkdaşlıq edəcəklər.
  Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) və O’ZTTA nümayəndələri arasında görüşdə isə uyğunluğu qiymətləndirən qurumlara dair tələblərin formalaşdırılması və səlahiyyətlərin verilməsi, o cümlədən qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.













Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA