Azad olunmuş ərazilərdə aqrar sahənin inkişafı ilə bağlı MM-də dinləmə keçiriləcək
Milli Məclisdə işğaldan azad olunmuş ərazilərdə aqrar sahənin inkişafı ilə bağlı dinləmə keçiriləcək.
Bunu APA-ya açıqlamasında parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
T. Rzayev bildirib ki, bu, Aqrar siyasət komitəsinin 2022-ci il yaz sessiyasının İş planına daxil ediləcək: “Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə aqrar sahənin inkişafına diqqət artırılıb, çox mühüm tədbirlərin layihələri hazırlanır. Bununla əlaqədar qanunvericilik bazasının yaradılması da vacibdir. Komitə də bu prosesdə aktiv iştirak edəcək. O cümlədən yaz sessiyası dövründə komitə üzvləri olaraq işğaldan azad olunmuş ərazilərə səfər etmək, işlərin gedişi ilə tanış olmağı düşünürük. Bu da İş planında əksini tapacaq”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.