"Şəhərdən kəndə axın hələ bir neçə il əvvəl başlayıb. Koronavirus pandemiyası ilə əlaqdar isə insanların paytaxtdan bölgələrə axını sürətlənib. Çünki paytaxtda iş yerləri qapadılıb".
Milli.Az xəbər verir ki, bunu modern.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bilirib.
Deputat qeyd edib ki, əvvəllər kənddən şəhərə kütləvi axın vardısa, indi bunun əksi müşahidə olunur:
"Bölgələrdə ölkə rəhbərinin tapşırıq və göstərişlərinə uyğun olaraq görülən işlər, aqrar sektorun inkişafı artıq şəhərdən regionlara axına səbəb olub. Bu da təbiidir, çünki artıq insanlarımızın kənddə torpaqdan qazanmaq imkanları genişlənib. Digər tərəfdən, kəndlinin gəlir yerləri var. Bunlar taxılçılıq, pambıqçılıq, heyvandarlıqdır.
Bu sahələr xüsusilə dövlət tərəfindən verilən subsidiyalar hesabına getdikcə daha çox inkişaf etməyə başlayıb. Artıq insanlar paytaxtda qərarlaşmır, rayonlarda nəninki mövsümü işlər görürlər, həmçinin torpaq sahələrini icarəyə götürməklə, müəyyən sahibkarlara qoşulmaqla kənd təsərrüfatının inkişafına nail olurlar. Ötən ilin nəticələri üzümçülük, pambıqçılıq, tərəvəzçilik, baramaçılıqda nəzərəçarpacaq inkişafın olduğunu deməyə əsas verir".
Komitə sədri qeyd edib ki, pandemiyadan sonra şəhərdəki iş yerlərində yaranmış səngimələr də aqrar sahənin inkişafına özünəməxsus təkan verib:
"Ölkə rəhbəri də öz çıxışlarında bildirib ki, karantindən çıxış mərhələli şəkildə olacaq. Çünki pandemiya ilə əlaqədar qoyulmuş qadağaları birdən-birə aradan qaldırmaq mümkün deyil. Bu dəqiqə elə sahələr var ki, həyati əhəmiyyəti yoxdur, insanlar mütləq şəkildə evdə oturmalıdırlar. Amma kənd təsərrüfatı elə bir sahədir ki, ərzaq təhlükəsizliyinin təmin olunması üçün fəaliyyəti bir an belə dayandırıla bilməz.
Bu gün kənd təsərrüfatının qızıl çağıdır, pambıq səpini gedir, taxıl suvarılır. Ona görə də insanların açıq havada, kütləvi şəkildə deyil, sosial məsafəyə riayət edilməklə torpaqda çalışması həyata keçirilməlidir. Bu isə onların həyatı üçün təhlükəli deyil. Ona görə də insanların təsərrüfatla məşğul olması heç də təhlükəli və qaydaların pozulması anlamına gəlmir. Çünki insanlar fəaliyyətinə icazə verilmiş sahədə çalışırlar.
Əgər insan traktorla çiyid səpirsə, yaxud pambığın malalanması ilə məşğuldursa, burada təhlükəli nə isə yoxdur, çünki onlar onsuz da fərdi fəaliyyət göstərirlər, yəni yüzlərlə insan bir yerə toplaşmır. Məsələn, pambıq səpini, taxıl biçini, yaxud tərəvəz yığımı gecikərsə, bu iqtisadiyyata ağır zərər vura bilər.
Onsuz da koronavirusun gətirdiyi bəla ölkə iqtisadiyyatına xeyli dərəcədə zərbə vurub. Onun aradan qaldırılması üçün milyardlarla vəsait ayrılıb. Elə sahələr var ki, orada bir an belə gecikməyə yol vermək olmaz. Aqrar sektor məhz həmin sahələrdəndir".

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
"Görülən tədbirlər pandemiyadan əvvəlki vəziyyətin sürətli bərpasına şərait yaradacaq"
Bu şəxslər Bakıdan regionlara gedə bilər – Qaydalar
Koronavirusa görə sahibkarlara güzəştlər ediləcək? - AÇIQLAMA
ŞƏHİDLƏRİN QANI İLƏ YOĞRULUBDUR TORPAĞIMIZ, QƏLBİMİZDƏ DALĞALANIR ÜÇ RƏNGLİ BAYRAĞIMIZ
Vətənə həsr olunmuş ömür –şəhid Aydın Abdullayev
Qalibiyyət ruhlu xalq
Ukrayna Baydenin vəd etdiyi maliyyə yardımını ala bilməyib
Azərbaycan–BƏƏ Birgə Hərbi Əməkdaşlıq Komitəsinin ilk iclası keçirildi
Prezident sərəncam imzaladı - Bu gənclər mükafatlandırıldı - ADLAR
Bu il Bakıda mənzillərin qiyməti bahalaşacaq? - AÇIQLAMA
"Ərdoğanın Ermənistan üçün yardım xəbəri saxtadır" - Rəsmi açıqlama
İki BOKT-un vəzifəli şəxsi cərimələndi
Azərbaycan XİN Holokost qurbanları ilə bağlı paylaşım etdi
Azərbaycan və ABŞ arasında minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə edildi
Bu gündən məktəblərdə qış tətili başlayır
Mir Şahin ANS-dən danışdı: Vahid Mustafayevə cavab
İki müsəlman ölkəsindən kömək istədilər: İrandakı rejimi birlikdə devirək
Türkmənistan və Hindistan arasında siyasi məsləhətləşmələr keçirildi
Səlim Müslümovla Vilyam Hacıyevin əmlakları satılır - 350 minlik mənzil, avtomobillər…
Özbəkistan Çinlə strateji tərəfdaşlığı müzakirə etdi
Bu şəxslərin ölkədən çıxışına məhdudiyyət qoyula bilər
Эта страна взлетит на воздух - Трамп
İrana xəbərdarlıq etdi: Bu, belə davam edə bilməz, təhlükə yaxınlaşır
Prezident Davosda “Dell Technologies” şirkətinin Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti ilə görüşüb
ABŞ Türkiyə ilə bağlı tarixi qərarı verdi
FHN müşahidə olunan kəskin hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olundu
Prezident Davosda “Euronews” televiziyasına müsahibə verib - FOTO
Abşeronda 20 Yanvar faciəsi qurbanlarının 36-cı ildönümü dərin ehtiramla yad edilib
20 Yanvar – Azərbaycan xalqının qanla yazılmış şərəf və qəhrəmanlıq tarixi
Azərbaycan xalqı 20 Yanvar şəhidlərini anır
İlham Əliyev 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib
Səkkiz NATO ölkəsindən Trampa sərt cavab: Qrenlandiya ilə bağlı hədələr qəbuledilməzdir
Almaniya hərbçiləri Qrenlandiyadan gözlənilmədən geri çağırıldı
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
Sakinlərə ŞAD XƏBƏR: Bu ərazilərdə kanalizasiya xətləri qurulacaq - RƏSMİ
Metroda böyük ölçülü yükə görə əlavə ödəniş alınır? - Açıqlama
Nəşriyyat qısa müddətdə boşaldılmalıdır, təmirin bitəcəyi vaxt bəlli deyil - AÇIQLAMA
Milli Qəhrəmanın qocalar evində vəfat etməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirildi
İsmayıllıda 5 kəndi təmin edən su anbarı quruyur? - AÇIQLAMA
Prezident daha 6 fərman imzaladı
Sosial şəbəkələrdə bu məlumatları paylaşmaq qadağan olundu
Ermənistan lideri: Rusiya və Türkiyə “Tramp Marşrutu”nda olmamalıdır
Türkiyə üç ölkə ilə ittifaq qurur? - Hakan Fidan açıqladı
Azərşəkər"in rəhbəri və iş adamlarının məhkəməsi başladı
ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yaydı: İranı dərhal tərk edin -
Bakının təhvil verdiyi erməninin arvadı danışdı - “İnana bilmirəm”
Yeni Klinikada xəstənin ölümündə təqsirli bilinən həkimin məhkəməsi başlayır
Millimiz İrəvandakı Avropa çempionatına qatılmaqdan imtina etdi - FOTO
İdman zalında qəfil ölümlər - Azərbaycanda və dünyada məşhur simaların faciəli taleləri
“Qarabağ” UEFA reytinqində əmsalını artırdı
“Qarabağ” bu gün “Kopenhagen”ə qarşı - Saatlar qaldı
III MDB Oyunlarında Azərbaycanın bayraqdarları - FOTO
Formula 1 Azərbaycan: sərbəst yürüş başladı
Dünən saxlanılan məşhurlara bölmədə verilən 5 sual - FOTO
Ayan Babakişiyeva dinini dəyişib
Faytonçu Nazimin son durumu AÇIQLANDI
"Röyanın mənə böyük sevgisi var" - 54 yaşlı AYGÜN
Aidə anidən AzTV-dən getdi