sedanews.az
sedanews.az

"Rusiya sülhməramlılarının burada olması o deməkdir ki, artıq Ermənistan..."

17-11-2020, 11:19 23 dəfə baxılıb

"Rusiya sülhməramlılarının burada olması o deməkdir ki, artıq Ermənistan..."

"Rus sülhməramlılarının Azərbaycana gəlməsi üç rayonun müharibəsiz alınmasına səbəb oldu. Yəni biz canlı qüvvədən itki vermədən torpaqlarımızın xeyli hissəsini düşməndən azad edirik. Bu proses artıq başlayıb, hamı da görür ki, ermənilər köçür".
Bunu Milli.Az-a açıqlamasında Milli Qəhrəman, ehtiyatda olan polkovnik-leytenant Vahid Quliyev deyib.
Polkovnik bildirib ki, rus sülhməramlıları gəlməsəydi Qarabağda stabillik olmayacaqdı:
"Onu bilmək lazımdır ki, dünənə kimi erməni Azərbaycanı "Smerç", başqa qitələrarası raketlərlə atəşə tuturdu. Onların qarşısı kəsildi. Rusiya sülhməramlılarının burada olması o deməkdir ki, artıq Ermənistan cürət edib oradan atəş aça bilməyəcək. Əgər torpaqları biz özümüz də azad etsəydik, gedib sərhəddə dursaydıq, o atəşkəs olmayacaqdı. Yəni, həmişə onlara silah-sursat verən dövlətlər yenə onların arxasındadır, yenə həmin şey davam edəcəkdi, Qarabağda stabillik olmayacaqdı. Bu gün sülhməramlıların bura gəlməsi ilə həmin stabilliyə nail olduq. Bilirsiniz ki, burada Amerika, Fransa və s. başqa dövlətlərin də maraqları var idi. Rusiya gəlməsəydi sabah o dövlətlər gələcəkdilər. Onların da gəlməsi bizim üçün heç rusdan yaxşı olmayacaqdı.
Azərbaycan maksimum nə mümkündürsə onu əldə etdi
Hesab edirəm ki, bu müqavilə Azərbaycanın xeyrinə maksimum nə mümkündürsə o şərtlərlə bağlanıb. Bu, müvəqqəti hal daşıyır, bu, hərbi baza yaratmaq deyil. Bu o deməkdir ki, 5 ildən sonra ölkələrdən biri sülhməramlıların burada qalmasına razı deyilsə onlar getməlidir, razıdırlarsa növbəti 5 il qalır. Azərbaycan bu müqavilədən maksimum nə mümkündürsə onu əldə etdi. Yəni, torpaqlar işğaldan azad edildi, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.
Biz türk qardaşlarımıza inanırıq
Türkiyə əvvəldən bizim yanımızda olub, qardaş dövlətdir. Türkiyənin burada sülhməramlılarının olması və yaxud müşahidə məntəqələrinin olması əlbəttə ki, bizim xeyirimizədir. Bu gün artıq Türkiyə Prezidentinin Azərbaycana ordu göndərilməsi barədə qanun layihəsi Türkiyə Böyük Millət Məclisinə təqdim olunub. Gözlənilir ki, yüksək səslə bu qərar qəbul olunacaq və Türkiyə sülhməramlıları da Azərbaycana gələcəklər və onlar Azərbaycanın istədiyi yerdə öz mövqelərini tutacaqlar, prosesləri yaxından müşahidə edəcəklər. Qeyri-qanuni hər hansı bir işə də həmən, yerində müdaxilə edib, bərpa edəcəklər. Biz türk qardaşlarımıza inanırıq, müharibənin əvvəlindən yanımızdadırlar, bizə yetərincə mənəvi dəstək göstərdiər. Biz onlara tam inanırıq və gəlməklərini də alqışlayırıq".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA