sedanews.az
sedanews.az

Ermənilər vəzifədən qovulmuş, 160 erməni məktəbi bağlanmışdı

12-10-2020, 15:56 578 dəfə baxılıb

Ermənilər vəzifədən qovulmuş, 160 erməni məktəbi bağlanmışdı

Ermənistan göz yaşları tökməklə qazandığı humanitar atəşkəsin əvəzində Rusiyaya bir daha xəyanət edərək, Kremlin vasitəçilik missiyasının üstündən xətt çəkdi.
Axar.az xəbər verir ki, tarixdən bəlli olduğu kimi, ermənilər həmişə onların köməyinə gələn ruslara bir neçə dəfə xəyanət ediblər.
Bu gün tarix təkrarlanır. Necə deyərlər, hiyləgər erməni tülküsü rus ayısına yenidən xəyanət etdi.
XIX əsrin tarixi sənədlərindən belə görünür ki, ermənilər Rusiya dövlətçiliyinin dayağını pozmaq üçün məkrli plan həyata keçirməyə çalışıblar. Məsələ burasındadır ki, Birinci Rus inqilabı ərəfəsində bir çox erməni kilsəsindən silah-sursat, qeyri-leqal mətbəələr aşkar edilmişdi. Çar Rusiyası başa düşdü ki, Qafqazda baş verən, ilk baxışdan “təbii” görünən bütün çaxnaşmalar xaricdən idarə olunur və əsasən erməni təşkilatları vasitəsilə həyata keçirilir.
Beləliklə, III Aleksandr erməni millətçiliyinə qarşı qətiyyətli tədbirlər görür. Həmin il o, Daxili İşlər naziri Tolstoya müvafiq göstəriş verir. Bundan sonra hökumətin sərəncamı ilə ermənilərin, demək olar ki, hamısı yüksək dövlət vəzifələrindən qovulur. 1885-ci ildə 160 erməni kilsə məktəbi bağlanır. 1889-cu ilin martında isə Ermənistan tarixinin və coğrafiyasının məktəb tədris planlarından çıxarılması haqqında fərman verilir.
Bəs bu gün nə müşahidə edirik?
Moskvada danışıqların başlanmasına qədər Azərbaycan müharibədə tam üstün vəziyyətdə idi. Bir neçə gün də belə davam etsə idi, Ermənistan böyük hərbi itkilər, canlı qüvvə və silah çatışmazlığı, ölkə daxilində nəhəng ərzaq qıtlığı və növbəti koronavirus dalğası fonunda kapitulyasiya eməyə məcbur olardı. İrəvanda bunu hamı yaxşı başa düşürdü.
Nikol Paşinyan Vladimir Putinə yalvarırdı ki, Rusiya onlara kömək etsin. Tərəflər Moskvanın vasitəçiliyi ilə humanitar atəşkəs haqqında razılığa gəldikdə, Prezident İlham Əliyevin sözləri ilə desək, Putin Paşinyanı növbəti dəfə xilas edəndə İrəvan öz sevimli manerasında Kremlin vasitəçilik missiyasına tüpürərək, dinc Azərbaycan şəhərinə zərbə endirdi.
Bu məsələnin ən çirkin tərəfi də elə odur ki, bu gecə terroru konkret məqsəd daşıyırdı: mümkün qədər çox dinc insanı – uşaqları, qadınları, qocaları məhv etmək. Bu isə bir daha dünyaya “yazıq”, “müdafiəsiz”, “dərdli” Ermənistanın əsl nasist simasını göstərir…






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA