sedanews.az
sedanews.az

Rusiyalı deputatlar Putinə qarşı çıxdılar

2-03-2022, 11:35 305 dəfə baxılıb


"Bu siyasət ölkənin deqradasiyasına, tənəzzülünə və yoxsullaşmasına aparan yoldur".
Milli.Az bildirir ki, Rusiyanın paytaxtı Moskvanın Qaqarin bələdiyyə dairəsinin Deputatlar Şurası Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə müraciət ünvanlayıb.
Onlar Rusiya Federasiyasının Ukraynaya yeritdiyi qoşunlarının çıxarılmasını istəyiblər.

RF Prezidentinə ünvanladıqları məktubda deputatlar Ukraynaya qoşun yeridilməsini fəlakət adlandırıblar.
"Yürüdülən siyasət yolverilməzdir, Rusiya üçün yaxşı heç nə vəd etmir. Bu siyasət ölkənin deqradasiyasına, tənəzzülünə və yoxsullaşmasına aparan yoldur. Heç bir başqa siyasət, heç bir başqa qərar Rusiya iqtisadiyyatına belə ağır, böyük zərbə vura bilməzdi", - məktubda deyilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA