sedanews.az
sedanews.az

Rusiya Ukraynada dəhşətli silahı işə saldı - VİDEO - FOTO

1-03-2022, 14:28 345 dəfə baxılıb



Rusiya Silahlı Qüvvələrinin Ukraynaya yeritdiyi birləşmələri Ukraynanın Sumı vilayətindəki Axtırka şəhərindəki hədəfləri vurmaq üçün vakum aviasiya bombalarını işə salıb.
Milli.Az Ukrayna mediasına istinadən bildirir ki, vakum bombaları bir çox beynəlxalq anlaşmalarda istifadəsi qəti qadağan olunmuş sursat növlərindən biri sayılır.
Axtırkaya vakum bombasının atılması barədə şəhərin meri Pavel Kuzmenko məlumat verib.
Rusiya Silahlı Qüvvələrində olan AVBPM tipli vakum bombasında 7100 kşq partladıcı maddə var. Bu isə trotil ekvivalenti ilə 44 ton deməkdir. Sözügedən aviabombanın partlayışının radiusu 300 metrdir. Partlayış o qədər güclü olur ki, vakum aviabombasının düşdüyü yerdən 2,24 km aralıdakı insanı partlışın zərbə dalğası yerə yıxır.
Hərbi ekspertlər vakum aviabombasını "dəhşətli silah" kimi səciyyələndirirlər.
Milli.Az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA