sedanews.az
sedanews.az

ABŞ Rusiyanı çökdürmək planını işə saldı - Ukraynanın da vəziyyəti qəlizləşir

1-02-2022, 11:30 412 dəfə baxılıb

ABŞ Rusiyanı çökdürmək planını işə saldı - Ukraynanın da vəziyyəti qəlizləşir

"Rusiya Ukraynaya hərbi müdaxilə etsə, hər iki ölkənin verəcəyi canlı itkilərlə yanaşı iqtisadiyyatları da bərbad günə düşəcək".
Bunu Milli.Az-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
O bildirib ki, müharibə söhbətləri bir neçə ay da davam etsə, hər iki ölkənin iqtisadiyyatı bundan da çox itirəcək:
"Son bir ayda müharibə haqqında söz-söhbətin özü belə Ukrayna və Rusiya iqtisadiyyatına böyük zərər vurub. Kiyevin hesablamalarına görə gərginlik fonunda təxminən 12 milyard dollar kapital Ukraynadan çıxarılıb. Ukrayna prezidenti Volodimir Zelenskinin sözlərinə görə, Ukrayna iqtisadiyyatını canlandırmaq üçün ən azı 5 milyard dollar lazımdır. 
Rusiyada isə rubl və fond birjalarında şirkətlərinin səhmləri sürətlə dəyərdən düşür, kapital ölkəni tərk edir. Müharibə söhbətləri bir neçə ay da davam etsə, hər iki ölkənin iqtisadiyyatı bundan da çox itirəcək. Yenə Ukraynaya əl tutan ölkələr var, Rusiya isə heç yerdən maliyyə cəlb edə bilməyəcək, əlindəki rezervləri xərcləməkdə davam edəcək. Əlbəttə, müharibə söz-söhbəti enerji resurslarının qiymətlərini artırıb və Rusiya satdığı neft və qaza görə gəlirlərini bir müddət artıra bilər. Ancaq bu müvəqqəti hal daşıya bilər. İnflyasiya gəlirləri sümürəcək. 
Volodimir Zelenski Qərb ölkələrində müharibədən çox danışılmasının Ukrayna iqtisadiyyatına mənfi təsirini artırdığını vurğulayıb. Vaşinqtonun isə Zelenskinin iradına cavabı belədir: "Müharibə təhlükəsi azdırsa, bizdən daima niyə hərbi texnika istəyirsiniz?".
Kiyevin başqa alternativimi var?
Zelenski bildirib ki, müharibə başlasa heç bir dövlət Ukraynaya silahlı qüvvələrini göndərməyəcək. Haqlıdır. Vaşinqton və Brüssel kənardan seyr edəcəklər. Ona görə də Zelenski heç olmazsa digər ölkələrindən gərəkli lazımi hərbi texnika almağa çalışır. Ukrayna prezidenti müharibəyə hazırlaşmaqla yanaşı ağır duruma düşən iqtisadiyyatını da düşünmək məcburiyyətindədir. Vaşinqton Rusiyanı iqtisadi baxımdan çökdürmək planını işə salıb. Ancaq Kiyev bu planın icrasının Ukrayna iqtisadiyyatına zərər verməməsini istəyir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA