sedanews.az
sedanews.az

Əldə olunan uğurların arxasında Prezidentin qayğısı dayanır

11-04-2022, 10:11 247 dəfə baxılıb

                          Əldə olunan uğurların arxasında Prezidentin qayğısı dayanır



Azərbaycanın beynəlxalq aləmdə idman ölkəsi kimi tanınmasını və mötəbər arenalarda bayrağımızın dalğalanmasını biz şərəf və qürürla seyr ediriksə, bütün bu naliyyətlərin təməlində məhz dövlətin uğurlu idman siyasətinin dayandığını yaxşı bilirik. İdmana olan diqqət və qayğı hər bir ölkənin dövlət siyasətinin əsasını təşkil etməlidir, çünki idman oyunları, Olimpiadalar dövlətlərarası uğurlu əlalqələrin, dostluğun, sülhün əsasını təşkill edən ünsürlərdəndir. 
Dövlət başçısının müntəzəm olaraq qaliblərlə görüşü, onlara diqqət və qayğısı idmançılarda gələcək qələbələrə ruh yüksəkliyini, peşələrinə stimulu və onları daima dəstəkləyən qüdrətli Azərbaycana məhəbbəti formalaşdırır. Olimpya ilə yanaşı, Paralimpiya Oyunları və digər Qitə çempionatları da dövlətin tam qayğı və diqqəti ilə əhatə olunmuşdur və cənab Prezident oyunlarda ölkəmizi təmsil etmiş idmançıları və onların məşqçilərini də hər zaman diqqətdə saxlayır, görüşlər keçirir. Prezident onlarala görüşlərində Azərbaycanın idman dövləti kimi beynəlxalq aləmdə böyük nüfuza malik olmasını məhz idmançılarımızın böyük zəhmətinin nəticəsi kimi vurğulamışdır. Ölkə başçısı növbəti dəfə öz ənənəsinə sadiq qalaraq Macarıstanda keçirilmiş güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvləri ilə 8 aprel tarixində görüş keçirmişdir.
Budapeştdə keçirilmiş Avropa çempionatında güləşçilərimiz böyük uğura imza atmaqla bir daha Azərbaycan idmanın qüdrətini, xalqımızın gücünü dünyaya sübut etmişlər. Beləki sərbəst güləş və Yunan-Roma güləşi üzrə komandalarımiz 16 medal qazanaraq Avropada birinci oldular. Cənab Prezident qalib idmançılarla görüş zamanı onların qələbəsinin əhəmiyyəti və güləşin milli ənənələrimizə uyğun idman növünün olması haqqında dərin, mənalı sözlər söyləməklə “Bu, böyük qələbədir, böyük nailiyyətdir. Avropada birinci olmaq, istənilən idman növündə birinci olmaq böyük uğur hesab edilə bilər” deyərək qalib idmançılara gələcək nailiyyətlər üçün yeni nəfəs və stimul vermişdir. Cənab Prezident görüş zamanı müzəffər ordumuzun 44 günlük Qarabağ müharibəsində zəfərli qələbəsindən söz açaraq “Doğrudan da, cəmi 44 gün ərzində böyük tarixi Qələbə qazanmış xalqı təmsil etmək həm böyük qürurdur, həm də böyük məsuliyyətdir” demişdir. İlham Əliyev xalqın Prezidenti, Ali Baş Komandan və Milli Olimpiya Komitəsinin Prezidenti kimi idmançılarla söhbətində xalqımızın böyüklüyündən, müdrüklüyündən danışaraq idmanın təkcə ölkəmizi təbliğ etmədiyini, eyni zamanda cəmiyyətdə vətənpərvərlik ruhunu gücləndirməsini bildirdi və məhz vətənpərvərlik, vətənə olan sədaqət, fədakarlıq bizi Qarabağ uğrunda döyüşlərdə qələbəyə, böyük zəfərə apardı. Çox səmimi bir atmosferdə keçən görüşdə cənab Prezident Parisdə keçiriləcək Olimpiya oyunlarına da diqqət çəkərək zəfər qazanmış xalqın nümayəndələri kimi idmançılarımızın daha çox medal qazanacaqlarına inandığını söylədi və bunun üçün ciddi hazırlıqların görülməsini, Olimpiadaya lisenziyaların qazanılması istiqamətində idmançılara səy göstərməyi tövsiyyə etdi. Prezitentimiz eyni zamanda bizim idmançılara yaraşan və daim əməl etdiyi feyr-pley qaydalarını unutmamağı bildirərək, bir çox yarışlarda hakimlərin, eləcə də rəqib idmançıların cığallığına bizim idmançıların öz gücü ilə, qaydalar çərçivəsində rəqibi yerində oturda bilməsini xüsusi qeyd etmişdir. Prezident Qarabağ müharibəsini xatırlayaraq mənfur düşmən uduzduğunu bilərək müxtəlif raket növlərindən istifadə edərək, dinc əhalini atəşə tutduğundan, bununla da müharibə qaydalarını pozmasından söz açdı və “Amma mən o vaxt demişdim, hələ müharibə gedə-gedə demişdim ki, biz ermənilərin əməllərini heç vaxt təkrar etməyəcəyik. Biz düşmənə döyüş meydanında cavab verəcəyik. Elə cavab verəcəyik ki, onlar əbədi bu dərsi yadda saxlasınlar”. Ölkə başçısı bu mövzunu davam edərək “Əsas odur ki, biz düşməni və ya idman rəqibini məhz qaydalar çərçivəsində, ləyaqət prinsipi əsasında məğlub etməliyik” kəlamını çox gözəl söylədi.
Azərbaycanın idman ölkəsi kimi dünyada tanınması və bu sahədə qazandığı uğurlar, əldə etdiyi naliyyətlər beynəlxalq idman ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir. Bu, həm də Azərbaycanda idman sahəsindəki inkişaf proseslərinə beynəlxalq miqyasda göstərilən marağın nümunəsidir.
Artıq Azərbaycanda keçirilən dünya çempionatları, Avropa oyunları silsilə xarakteri daşıyır. Dünya idman arenalarında öz layiqli yerini tutan Azərbaycanın bir çox beynəlxalq yarışlara ev sahibliyi etməsi ölkəmizin tək idman sahəsində deyil, digər sahələrdə də inkişafına səbəb olmuşdur. Turizimin və mədəniyyətin inkişafı ilə yanaşı, eləcədə iqtisadi əlaqələrin də genişlənməsinə təkən verən bu oyunların təməlində məhz Azərbaycan dövlətinin hərtərəfli inkişafı durur.
Dövlət tərəfindən idmanın kütləviliyi təmin edilərək ölkədə sağlam nəsl formalaşdırılır. Sözsüz ki, bu formalaşdırılırmış nəsil də vətənimizin sağlam gələcəyi deməkdir. Bildiyimiz kimi, gənclik və idman bir-brini tamamlayan məfhumlardır. Müasir gənclərin hərtərəfli formalaşmış, rəqabətədavamlı yetişdiriliməsi məhz dövlətin uğurlu gənclər siyasətinin davamıdır. Gənclərimiz tək idman deyil, bütün sferalarda aktiv rolu ilə seçilir, ictimai-siyasi, sosial-iqtisadi tədbirlərin təbliğində də mühüm rol oynayırlar. Bütün bunlar ölkə başçısı İlham Əliyevin və Birinci Vitse- prezident Mehriban xanım Əliyevanın gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanların, yüksək diqqət və qayğının nəticəsidir.
Dövlətin qayğısı ilə əhatə olunmuş idman federasiyaları, təşkilatları, klubları, birlikləri də öz işlərini, birmənalı olaraq, Azərbaycan respublikasında idmanın inkişafına sərf etmişdir. Onlar da dövlətdən dəstək alaraq öz işlərini respublikada bədən tərbiyəsi və idmanın inkişafını təmin etmək, gənc nəsilin sağlamlıqlarının qorunması və fiziki inkişafına nail olmaq və vətənin müdafiəsinə hər an hazır olan yüksək əmək qabiliyyətli, fiziki cəhətdən hazırlıqlı gənclər yetişdirmək, həmçinin respublikanın milli yığma komandalarının ehtiyat qüvvələrinin hazırlanmasında fəal iştirakı təmin etmək prinsipi üzərində qurmuşlar. Bu idman təşkilatlarının yetirmələri vahid komanda şəklində fəaliyyət göstərərək beynəlxalq meydanda yüksək zirvələr fəth etmiş, Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında xalqımızı qələbə və medallarla sevindirməkdədirlər.
Bildiyimiz kimi, idmanın inkişafı bilavəsitə dövlət başçısının nəzarətindədir və bütün regionlarda bu inkişaf sürətlə və yüksək səviyyədə gedir. Elə bir rayon və şəhərimiz yoxdur ki, orada idman kompleksi, Olimpiya mərkəzi olmasın. İstər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə idmançılarımızın qələbələri, qazandıqları saysız-hesabsız medallar mədəniyyətimizin təbliğinə və vətənpərvərlik ruhununun yüksəlməsinə xidmət edir. Cənab Prezidentimiz İlham Əliyev haqlı olaraq vurğulamışdır ki, “İdman qələbələri cəmiyyətimizin vətənpərvərlik ruhunu artırır, Azərbaycanı dünyada güclü idman ölkəsi kimi tanıdır, ölkəmizi təbliğ edir”.Azərbaycanda idmanın bütün sahələrinin inkişafı, idmançılara yüksək səviyyədə qayğı və diqqəti, idman komplekslərinin müasir tələblərə cavab verəcək səviyyəsində qurulması və ən əsası Olimpiya Oyunlarında idmançılarımızın iştirakı üçün xeyli işlər görmüşdür. Ümumxalq məhəbbəti qazanmış Olimpiya hərəkatı, olimpiya qalibləri və ölkəmizi təmsil edən idmançılar dövlətin qayğı və dəstəyi ilə tam təmin olunmuşdur. Cənab Prezident İlham Əliyevin idmana, idmançılara və bu sahədə çalışan mütəxəssislərə göstərdiyi böyük diqqətin təzahürlərindən biri də, 2005-ci il 4 mart tarixli sərəncamına əsasən 5 martın “Bədən tərbiyəsi və idman günü” kimi qeyd edilməsi oldu. 
Biz də dövlətimizin idman siyasətini tam gücümüzlə dəstəkləyir və əminik ki, Azərbaycan idmanı bundan sonra da sürətlə inkişaf edəcək və mötəbər arenalarda bayrağımız əbədi dalğalanacaqdır.
                                                     Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 
                                 Bülbülə qəsəbə İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəsi Seyfullayev Elçin







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA