sedanews.az
sedanews.az

Prezident İlham Əliyevin Bolqarıstanda keçirilən güləş üzrə 7-ci Avropa çempionatının iştirakçıları ilə 17 mart tarixli görüşü

26-03-2022, 11:40 396 dəfə baxılıb




Müzəffər Ali Baş Komandan İlham Əliyev ölkədə idmanın inkişafına xüsusi diqqət və qayğı ilə yanaşır. Buna görə də ölkəmiz son illərdə idmanın inkişafı istiqamətində mühüm uğurlar qazanıb, idmançılarımız isə Azərbaycanı beynəlxalq idman yarışlarında layiqli şəkildə təmsil edir. İdmançılarımızın olimpiadalarda, beynəlxalq səviyyəli mötəbər yarışlarda qazandıqları uğurlar sayəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Belə yarışlardan biri də Bolqarıstanda keçirilən güləş üzrə 7-ci Avropa çempionatı oldu. Bu yarışda idmançılarımız 16 medal qazandı, 7 qızıl medal və himnimizin 7 dəfə səslənməsi hər bir azərbaycanlı üçün qürurverici hadisədir. Komanda hesabında birinci olmaq Avropada birincilik demekdir. Bütün bu nailiyyetler Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin idman sahəsinə göstərdiyi xüsusi diqqətin, düzgün qurulmuş siyasətin, vətənpərvərliyin, xalqını bir dəmir yumruq kimi sıx birləşdirib inkişafa, intibaha aparmağın nəticəsidir. 
Ulu Öndər Heydər Əliyevin uğurlu siyasətinin davamı olaraq cənab Prezident İlham Əliyev ölkənin bütün regionlarında müasir idman infrastrukturunun yaradılmasına, inkişafına daima xüsusi diqqət göstərir, gənclərin vətənpərvər, sağlam və savadlı inkişafı sahəsində uğurlu siyasət yürüdür və beynəlxalq arenada daima yüksəkdə qalmağımıza böyük səylə çalışır. Bütün bu sadalananlar Cənab Prezidentin 17 mart tariximdə güləş üzrə 7-ci Avropa çempiomatının qalibləri ilə görüşündə çıxışı zamanı öz təsdiqini tapır.
Tarixi çox qədimlərdə olan güləş idman növü keçmişlərdən bu günə kimi nəsildən-nəslə ötürülərək ölkəmizin idman sahəsində daima böyük uğurla inkişaf etmişdir. Yarışda iştirak edən 34 ölkə içində 1-ci olmağımız bunun bariz nümunəsidir. 30 il həsrətində olduğumuz doğma torpaqlarımızın hamısının baş planında idman kompleksləri, stadionlar, idman qurğuları birinci yerdədi.
Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək qazandığımız zəfər Azərbaycan ordusunun mərd oğullarının şücaətini, xalqımızın dəyanətini, birliyini bütün dünyaya nümayiş etdirdi. Artıq beynəlxalq arenalarda himnimizi qururla, fəxrlə, düşməni istər hərb meydanında, istər siyasi meydanda, güc savaşında, söz savaşında diz çökdürüb zəfər çalan xalq kimi səsləndiririk. 
Yaşasın Azərbaycan, var olsun Ali Baş Komandanımız! 
                                                                              Suraxanı rayonu, 89 nömrəli tam orta 
                                                                                   məktəbin direktoru Baba-zadə Dadaş






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA