sedanews.az
sedanews.az

ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistanı birbaşa dialoqa çağırıb

4-05-2023, 11:23 246 dəfə baxılıb



  Rəsmi Vaşinqton Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu davamlı sülhə nail olmaq üçün açar sayır.
  “Report” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinqdə deyib.
   O qeyd edib ki, Birləşmiş Ştatlar Bakı və İrəvan arasında birbaşa dialoqun mümkünlüyünə inanır.
V.Patel ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında keçirilən görüşlər barədə suala cavab olaraq əlavə məlumatı olmadığını bildirib: “Biz bir daha Cənubi Qafqaz regionunda sülhsevər gələcəyin təşviqinə sadiq qalırıq”.
   O, A.Blinkenin Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün açılışına qatılanda, eləcə də ötən gecə şam yeməyində salamlamaq imkanı olduğunu söyləyib: “ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bu prosesdə fəal iştirak etməkdə davam edir. Ancaq proses davam etdiyi üçün hadisələri qabaqlamaq istəmirəm”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA