sedanews.az
sedanews.az

ABŞ-dan Azərbaycan və Ermənistan çağırışı

19-05-2021, 15:29 457 dəfə baxılıb

ABŞ-dan Azərbaycan və Ermənistan çağırışı


ABŞ Dövlət Departamenti öz vətəndaşlarını Ermənistan və Laçın koridoru ilə Qarabağa səyahətlərdən çəkinməyə, eləcə Azərbaycanla sərhəddəki yollarda ehtiyatlı davranmağa çağırıb.
Bu barədə məlumat ABŞ Dövlət Departamentinin saytında yer alıb.
Dövlət Departamenti Ermənistanda koronavirusa yoluxma səviyyəsinin yüksək olduğunu da bildirib. Ermənistandakı vəziyyət 4-cü səviyyəli təhlükə olaraq təqdim edilib.
Vaşinqton, həmçinin Azərbaycanda “terror təhdidi”nin olduğunu vurğulayıb:
“Azərbaycan terror hücumlarının obyekti ola bilər, Azərbaycan-İran sərhədinə lazımsız səfərlərdən qaçın”.
Qeyd edək ki, ABŞ-ın Azərbaycanla bağlı çağırışı İsrail-Fələstin qarşıdurmasında ABŞ-ın tutduğu mövqe səbəbindən İranın sərt açıqlamalarına görədir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA