sedanews.az
sedanews.az

ABŞ dövlət katibi Qafqaz üzrə yeni baş məsləhətçi təyin edib

25-08-2022, 11:34 312 dəfə baxılıb


   ABŞ dövlət katibi Entoni Blinken Filip Rikeri Dövlət Departamentinin Qafqaz üzrə yeni baş məsləhətçisi təyin edib.
   “Report” xəbər verir kİ, bu barədə Departamentin məlumatında deyilir.
Filip Riker bu vəzifədə Endryu Şoferi əvəz edəcək. O, Azərbaycan və Ermənistan arasında birbaşa dialoqa kömək edəcək, həmçinin Cenevrə beynəlxalq müzakirələrində Gürcüstandakı münaqişə üzrə ABŞ nümayəndə heyətindən danışıqları aparan aparıcı şəxs olacaq.
    Səfir Riker Avropada və beynəlxalq təşkilatlarda geniş iş təcrübəsinə malikdir. Daha əvvəl ABŞ-ın Böyük Britaniyadakı səfirliyində müvəqqəti işlər vəkili kimi fəaliyyət göstərib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA