sedanews.az
sedanews.az

İki ölkə dünya müharibəsi planlaşdırıb - Volodin

18-01-2023, 12:24 770 dəfə baxılıb

  Ukrayna Milli Təhlükəsizlik Şurasının rəhbəri Aleksey Danilovun Kiyev rejiminin “xüsusi əməliyyat” başlamazdan əvvəl Rusiya ilə münaqişəyə hazırlaşdığı barədə açıqlamaları hərbi tribunal üçün sübut olmalıdır.

 Bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.
Onun sözlərinə görə, Danilovun bəyanatı Fransa və Almaniyanın keçmiş liderləri Fransua Olland və Angela Merkelin Rusiya ilə Minsk razılaşmaları barədə etiraflarını tamamlayır:
“Onlar Donbas sakinləri olan rusların təhlükəsizliyini qorunmaq üçün əməliyyata ehtiyac olduğunu təsdiqləyiblər.
  Kiyev rəsmisi, Almaniya və Fransanın keçmiş liderlərinin etirafları beynəlxalq hərbi tribunal üçün sübut kimi istifadə olunmalıdır. Bu liderlər proqnozlaşdırıla bilən nəticələrlə dünya müharibəsi başlatmağı planlaşdırırdılar. Və etdikləri cinayətlərə görə cəzalandırılmalıdırlar”, - Volodin bildirib.
  Axar.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA