sedanews.az
sedanews.az

Mask Texasda dünyanın ən böyük çip zavodunu quracaq

Bugün, 10:20


İlon Mask "SpaceX"in planlarına əsasən, dünyanın ən böyük çip istehsalı müəssisəsi olacaq Texasdakı gələcək Terafab zavodunun layihəsini təqdim edib.
sedanevs.az xəbər verir ki, bu barədə sahibkar X sosial şəbəkəsində məlumat yayıb.
"Texasdakı Terafab Yer kürəsinin ən böyük və ən dəyərli binası olacaq", - Mask zavodun layihəsini əks etdirən videonu paylaşaraq yazıb.
"SpaceX"in saytında verilən məlumata görə, müəssisənin sahəsi təxminən 9,3 milyon kvadratmetr olacaq.
Terafab zavodunda istehsal ediləcək çiplərin insanabənzər Optimus robotlarında, Cybercab robotaksilərində, həmçinin "SpaceX"in kosmik məlumat emalı mərkəzlərində istifadə edilməsi planlaşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA