sedanews.az
sedanews.az

Bayden gizli şəkildə Konqresdən Ukrayna üçün əlavə vəsait istəyib

27-11-2024, 08:23 51 dəfə baxılıb


  ABŞ prezidenti Cozef Bayden Konqresdən Kiyevə əlavə hərbi yardım və Amerika silah ehtiyatlarının daha əvvəl Ukraynaya təhvil verilmiş ehtiyatlarının yerinin doldurulması üçün 24 milyard dollar ayırmağı xahiş edib.

  “Report” xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Konqresdəki mənbələrinin bildirdiyinə görə, ABŞ qanunvericiləri tələbi noyabrın 25-də alıblar. Vaşinqton administrasiyası Amerikanın əvvəllər Kiyevə göndərilmiş silah ehtiyatlarını artırmaq üçün 16 milyard dollar ayrılacağını gözləyir. Daha 8 milyard dolların Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsü (USAI) xətti ilə ayrılması təklif edilir.
  Qeyd olunub ki, xərclər federal idarələrin işinə vəsaitin ayrılmasını genişləndirmək üçün qanun layihəsinə daxil ediləcək. Nəşr Ağ Ev rəhbərinin xahişinin uğurunun az olduğu bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA