ABŞ ələ keçirdiyi İran silahlarını Ukraynaya verir
ABŞ ordusu Yəmən sahillərində ələ keçirilən İran silahlarının Ukraynaya göndərilməsi planını nəzərdən keçirir. Bu barədə “Voll Strit Jurnal” Amerika və Avropa rəsmilərinə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, ABŞ son vaxtlar Yəmən sahilləri yaxınlığında ələ keçirdiyi silah anbarından Ukraynaya 5000-dən çox döyüş silahı, 1.600.000 kiçik silah, tank əleyhinə raketlər və 7000-dən çox qoruyucu jilet göndərməyi planlaşdırır.
Bu silahlar son aylar İranla əməkdaşlıqda şübhəli bilinən qaçaqmalçılardan götürülüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.