Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 24-də Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak ediblər.
Sedanews.az Milli.Az-a istinadən xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına və birinci xanıma parkda yaradılmış şərait barədə məlumat verdi.
Ümumi sahəsi 9 hektar olan Zəfər parkının təməli bu ilin fevralında Prezident İlham Əliyev tərəfindən qoyulub. Dövlətimizin başçısı iyulda burada görülən işlərlə tanış olub.
Bildirilib ki, parkın girişindən Zəfər tağına doğru 44 pilləkən salınıb. Onların mərkəzi hissəsində quraşdırılmış lövhələr üzərində müharibənin gedişi barədə məlumatlar, o cümlədən azad olunmuş yaşayış məntəqələrinin adları yazılıb. Eyni zamanda, 2023-cü ildə keçirilmiş antiterror əməliyyatının nəticələrini əks etdirən məlumatlar da lövhələrdə qeyd olunub.
Zəfər tağının hündürlüyü Vətən müharibəsi günlərinin sayına görə rəmzi olaraq 44 metr təşkil edir. Bina 10 mərtəbədən və terrasdan ibarətdir. Terrasda Zəfər Günü ilə bağlı 8 rəqəmini simvolizə edən konstruksiya inşa olunub. Doqquzuncu mərtəbədə "Zəfər qalereyası" sərgi-nümayiş zalı yaradılıb.
Parkın ərazisində genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilib, fəvvarələr yaradılıb, işıqlandırma və musiqilərin səsləndirilməsi üçün sistemlər quraşdırılıb. İnşaat işləri zamanı mövcud ağacların qorunmasına xüsusi diqqət yetirilib. Ümumilikdə parka 500-dən çox ağac və 11 mindən artıq kol və gül əkilib.
Qeyd edək ki, Xankəndi şəhərində Zəfər parkının yaradılması bir neçə mühüm əhəmiyyət daşıyır. İlk növbədə, bu layihə Azərbaycan xalqının tarixi ədalətin bərpası və öz ərazi bütövlüyünün qorunması uğrunda göstərdiyi döyüş əzmini, misilsiz qəhrəmanlığını və 44 günlük Vətən müharibəsi zamanı qazandığı möhtəşəm Qələbəni əks etdirir. Eyni zamanda, park Xankəndi sakinlərinin və qonaqların asudə vaxtlarının səmərəli təşkilinə xidmət edəcək. Bundan başqa, belə istirahət məkanlarının yaradılması işğaldan azad olunmuş ərazilərdə görülən genişmiqyaslı bərpa-quruculuq işlərinin uğurla davam etdiyini göstərir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Gəncədə III MDB Oyunlarının təntənəli açılış mərasimini izləyiblər (FOTO/VİDEO)
Prezident İlham Əliyev Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub (FOTO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər YENİLƏNİB VİDEO
Prezident Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv sərəncamı imzalayıb
Prezident İlham Əliyev: Bütün gücləri səfərbər etmişik ki, Cəbrayılı və bütün başqa rayonlarımızı yenidən quraq - TAM ÇIXIŞ - FOTO
Əvəz Zeynallı kimdir və onun haqqında həqiqətlər
Hövsanda sakinlərin sualı: Bələdiyyə haradadır?
“Bu torpaq uğrunda ölən varsa, Vətəndir...” — Şəhid Əli Nəcəfovun qəhrəmanlıq yolu
ŞƏHİDLƏRİN QANI İLƏ YOĞRULUBDUR TORPAĞIMIZ, QƏLBİMİZDƏ DALĞALANIR ÜÇ RƏNGLİ BAYRAĞIMIZ
Qalibiyyət ruhlu xalq
Leyla Əliyeva və Arzu Əliyeva Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak ediblər
Nazirlər Kabinetindən ADSEA ilə bağlı QƏRAR
Prezident və birinci xanım Şarovskinin vida mərasiminə əkil göndəriblər
Bağçalara növbəyə yazılma başlayır
Bağçalara növbəyə yazılma başlayır
Qızıl və gümüş ucuzlaşıb
Yol polisi sürücülərə müraciət etdi
Azərbaycan nefti bir gündə 87 sent bahalaşdı
Xalq artisti Aleksandr Şarovski vəfat edib
Dünya xəritəsi yeniləndi – Ölkələrin ölçüləri dəyişib
Bu müəllimlər imtahana cəlb olunacaqlar
İqlim gündəminin diqqəti Bakıda: mühüm toplantı başladı
Məktəblərin qarşısında təhlükəsizlik tədbirləri GÜCLƏNDİRİLİR
Prezident iki ölkəyə səfir təyin etdi
Bakıda bal yarmarkası keçiriləcək
Payız Azərbaycana bu tarixdə gələcək - Dəqiq saat AÇIQLANDI
Sabah temperatur 35 dərəcəyə çatacaq
Azərbaycan neftinin qiyməti kəskin artdı - 105 dollar oldu
Putin “səfərbərlik olmayacaq” dedi - amma azərbaycanlılar rahat olmasın!
Bakıda 15 bina söküləcək – SİYAHI
İlham Əliyev Melonini təbrik etdi
Uşağını özəl bağçaya qoyan valideynlərə ŞAD XƏBƏR
Sabah Bakıda 30 dərəcə isti olacaq
Şimali Kiprdə gəmi qəzası ilə bağlı üç Azərbaycan vətəndaşı saxlanıldı
İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Ayaqlarınız isti otaqda da üşüyür? - Ciddi xəstəliklərin əlaməti ola bilər
Xalq artisti Yaşar Nurinin doğum günüdür
Salyanda ağır qəza - 5 nəfər xəsarət aldı
Birinci sinifə qəbul başa çatır
Milli Məclisin deputatları Özbəkistanda beynəlxalq konfransa qatılacaqlar
Azərbaycan neftinin qiyməti 100 dolları keçib
Bakıda bağçada təhsil alan uşağın qanında psixotrop maddə aşkarlanması iddiası araşdırılır - RƏSMİ
İlham Əliyev Putinlə ayaqüstü söhbət etdi
Azərbaycanda balıq ovuna icazə verildi
İlham Əliyev Ərdoğanla görüşdü (FOTO) (YENİLƏNİB)
İllər sonra Ağdama qayıtdılar - 362 nəfərin arzusu gerçəkləşdi
Bakıda aylıq normanın 5 qatından çox yağış yağdı
Bişkek görüşündən sonra sülh gündəliyi Alen Simonyanla müzakirə edilib
Prezident İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü ilə bağlı mətbuat üçün bəyanat yayılıb
Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gedib
Samuxda qarayara yayılır? - Nazirlikdən AÇIQLAMA
Azərbaycanda 1400-dən artıq şəxs orqan və toxuma transplantasiyası üçün növbə gözləyir - RƏSMİ
Bakıda motosikletli təcili yardım: TƏBİB sayını açıqladı
Altsheymer xəstəliyinin səbəbləri və gizli simptomları
Azərbaycan cüdoçusu Fərid Rzazadə Ekvadorda dünya çempionu olub
Azərbaycan UEFA reytinqində 26-cı yerdə qərarlaşıb
Azərbaycanda keçiriləcək dünya çempionatı ilə bağlı Sərəncam imzalandı
Bu gün UFC Fight Night Baku keçiriləcək
Millimiz İrəvandakı Avropa çempionatına qatılmaqdan imtina etdi - FOTO
İdman zalında qəfil ölümlər - Azərbaycanda və dünyada məşhur simaların faciəli taleləri
Dünən saxlanılan məşhurlara bölmədə verilən 5 sual - FOTO
Ayan Babakişiyeva dinini dəyişib
Faytonçu Nazimin son durumu AÇIQLANDI
"Röyanın mənə böyük sevgisi var" - 54 yaşlı AYGÜN
Aidə anidən AzTV-dən getdi
Şimali Kiprdə matəm elan edildi
Nepaldakı sel fəlakətində 1 500 insan itkin düşüb