sedanews.az
sedanews.az

Bakının mərkəzindəki 2 yeni bina niyə sökülür? - Açıqlama

14-04-2020, 13:20 923 dəfə baxılıb

Bakının mərkəzindəki 2 yeni bina niyə sökülür? - Açıqlama




                Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy və Həzi Aslanov küçələrinin arasındakı 345-ci məhəllədə illər öncə tikintisinə başlanılsa da tamamlanmamış yarımçıq tikililərin söküntüsü Azərbaycan Sənaye Korporasiyası ASC-nin sifarişi ilə aparılır.
Bu barədə Axar.az-a paytaxtın mərkəzində 2 çoxmərtəbəli binanın sökülməsinə münasibət bildirən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu deyib.
O bildirib ki, qurumun Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciəti əsasında həmin ünvanda şəhərsalma qanunvericiliyinin tələblərinə uyğun və ərazinin memarlıq üslubuna xələl gətirməyəcək yeni müasir yaşayış kompleksinin tikintisi layihəsinin reallaşdırılmasına icazə verilib.
Qeyd edək ki, bir neçə gün əvvəl mətbuatda sözügedən ünvanda tikilən 2 çox mərtəbəli binanın sökülməsi ilə bağlı məlumat yayılmışdı. Bildirilirdi ki, bəzi mənzillərin təmir edilməsinə baxmayaraq, söküntü işlərinə başlanılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA