sedanews.az
sedanews.az

Bakıda torpaq uçqunu

Bugün, 10:16

Paytaxtın Qaradağ rayonu, Qobustan qəsəbəsində torpaq uçqunu baş verib.
Sedanews.az Axar.az-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumat əsasında hadisə yerinə dərhal Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub.
Hadisə yerində müəyyən edilib ki, qazıntı işləri aparılarkən torpaq qatı çöküb və nəticədə 2 nəfər torpaq altında qalıb.
Xilasedicilərin operativ müdaxiləsi nəticəsində bir nəfər kişi xilas edilib.
Digər şəxsin meyiti torpaq altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA