sedanews.az
sedanews.az

Şuşa bir şəhərdən daha çox məna kəsb edir bizim üçün…!

16-05-2021, 18:21 563 dəfə baxılıb

Şuşa bir şəhərdən daha çox məna kəsb edir bizim üçün…!

29 il sürən həsrətin sonunda qovuşduğumuz sadəcə bir şəhər ola bilməzdi axı. Qarabağ xanlığının paytaxtı olmuş Şuşa tariximizin hər səhifəsində özünə məxsus yer tutub.  Şuşa müasir tariximizdə də, əsl adını geri qaytardı.  Ali Baş Komandan Cənab İlham Əliyev    7 may 2021-ci il tarixində Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan etdi. Bu tarix heç də təsadüfən seçilmiş bir tarix  deyil. 1992-ci il 8 may tarixində işğal olunan Şuşaya qalibiyyət bayrağı 2020- ilin 8 Noyabr tarixində sacılmasına baxmyraq tarixi adı məhz işğal günündən 1 gün əvvəl verildi. Yenilməz Lider İlham Əliyev sərəncamı bu tarixdə imzalamaqla bizə qisasın şirin dadını, mənfur düşmənə isə işğalın acı sonluğunu göstərmiş oldu.

Şanlı ordumuz 27 sentyabrdan 8 noyabr tarixinə qədər misli bərabəri olmayan döyüş yolu keçmişdir. Bu yolda qarşısına çıxan bütün maneələri dəf edən Müzəffər ordumuz bir an belə dayanmağı düşünməmiş, ölümün gözünə cəsarətlə baxmışdır. Alınmaz qala olan Şuşa heç bir ağır texnika və hava qüvvələrindən istifadə olunmadan yalnız yüngül silahlarla, sıldırım qayaları aşaraq işğaldan azad edilib.

Şuşa şəhərinin mədəniyyətimizin paytaxtı olması əbəs yerə deyil. Azərbaycan müasir incəsənətini alovlandıran dahi şəxsiyyətlərin böyük əksəriyyəti məhz Şuşa şəhərində doğulub və öz yaradıcılıq fəaliyyətlərini inkişaf etdiriblər. Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Nəcəf bəy Vəzirov, Üzeyir bəy Hacıbəyli, Zülfüqar Hacıbəyov, Soltan Hacıbəyov, Bülbül, Şəmsi Bədəlbəyli, Lətif Səfərov və digər şəxsiyyətlərin adını sadalamaq kifayət edərki Şuşa şəhəri Mədəniyyət paytaxtı elan edilsin.

Şuşa şəhərinin Azərbaycanın mədəniyyətində xüsusi rolunun olmasını bilən Ulu Öndər Heydər Əliyev 1977-ci ildə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul etmişdir. Bu qərarın necə əhəmiyyətli olmasını bugünki günümüzdə də açıq aydın görməkdəyik. İşğaldan həmən sonra tarixi saxtalaşdırmağa başlayan mənfur düşmən Şuşa şəhəri və digər işğal olunmuş ərazilərdə Tarixi memarlıq abidlələrinə qarşı vandallıq göstərərək dağıtmış və Tarixi Alban kilsələrini isə erməni kilsələri adı ilə dünyaya tanıtmağa çalışmışdır. Azərbaycan İslam memarlığının, Şuşanın türk-Cavanşir nəslinin yadigarlarından olan Yuxarı Gövhərağa məscidinin fars memarlıq abidəsi adı ilə “restavrasiya”sına, özəlləşdirilməsinə cəhd edilmişdir. Ulu Öndər yolunun layiqli davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin verdiyi bu sərəncam mənfur düşmənə verilə biləcək ən gözəl cavabdır.!!!

2020-ci il 27 sentyabr günü bizim tarixi yenidən yazmağa başladığımız gündür. 44 gün elə də uzun bir müddət deyil amma 44 günə Azərbaycanın müzəffər ordusu elə bir iş gördüki bunu bütün tarix kitabları yazacaq. Bütün dünya Millətimizin, Ordumuzun və Ali Baş Komandanımızın vəhdətindən, birlikdə düşmənə qarşı tək yumruq, "DƏMİR YUMRUQ" olmasından danışacaq.

Mirzəağa Əliyev adına Mədəniyyət evinin direktoru Cavid Məmmədov






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA